Bu gün Lausitzrinqdə keçirilən ilk sıralama turlarında Mercedes –Benz komandasının avstriyalı pilotu Lukas Auer poul-pozişni əldə etmişdir. Avstriyalı pilotla birlikdə ilk cərgədən start götürəcək pilot, onun komanda yoldaşı Robert Uikkensdir.
Kanadalı pilot avstriyalı həmkarından 0,105 saniyə geridə qalaraq. BMW komandasının belçikalı pilotu Maksim Marteni üstələməyə müvəffəq olmuşdur.
Bu il Audi komandasının debütantı sayılan Rene Rast təcrübəli komanda yoldaşlarından fərqli olaraq dördüncü nəticəni göstərmişdir. Bu günki yarışdan beşinci yerdən start almaq hüququnu Bavariya təmsilçisinin alman pilotu və keçmiş F1 pilotu Timo Qlok əldə etmişdir.
Timo Qlokla birlikdə üçüncü cərgədən yarışı başlayacaq pilot onun komanda yoldaşı Tom Blomkvistdir. Növbəti dördüncü cərgədən Audi komandasının pilotları Niko Müllr və Mayk Rokenfeller start götürəcəkdirlər. İlk onluğu tamamlayan pilotlar Mercedes komandasının pilotları Qəri Paffett və Edoardo Mortara olacaqdır. Qüvvədə olan dünya çempionu Marko Vittmann Mortaradan sonar 11-ci yerdən yarışı başlayacaqdır. O, dövrəni 1.16,551 zamanla başa vuraraq liderdən 0.358 saniyə geridə qalmışdır.
