İtalyan Lazzarini studiyası uçan Air Yacht superyaxtasının konseptini nümayiş etdirib. Yaxta hələlik renderlərdə mövcuddur və ilk növbədə, turizm şirkətlərinə ünvanlanıb. Sıxılmış helium ilə doldurulmuş iki aerostat sayəsində Air Yacht səmada 48 saat keçirə, sonra isə suya enə bilər. Yaxtanın göyərtəsində özünün vanna otağı olan 10 kayut, 360 dərəcəlik baxış bucağı olan master-kayut və helikopter meydançası var.

Air YAcht

Zahiri cəhətdən Air Yacht, 80 metr uzunluğu və 10 metr eni olan mərkəzi “üzgəcə” bağlanmış iki dirijabllı nəhəng katamaranı xatırladır. Göyərtədə 360 dərəcəlik baxış bucağı olam master-kayut və helikopter meydançası ilə yanaşı, səkkiz metrlik hovuz var. Zalı olan qonaq kayutları isə aerostatlarda yerləşdiriliblər. Aerostatlar karbonplastikdən hazırlanıblar və xüsusi “çənlərdə” 200 min kub metr sıxılmış helium saxlayırlar.  

Pagarus

Ait Yacht iki cüt pərləri olan, ultra yüngül batareyalardan və aerostatların üst hissəsindəki günəş panellərindən qidalanan səkkiz elektrik vinti ilə təchiz edilib. Superyaxta havada 111 km/saat sürətilə 48 saat hərkət edə bilər. Suda isə maksimal sürət 9 km/saatla məhdudlaşdırılıb. Katamaranın sualtı qayığa çevrilməsinə ballast sistemi və “üfürülən əsas” mane olur.

Layihə fərdi şəxslərə deyil, ilk növbədə turizm şirkətlərinə yönəldirlib. Nəzəri olaraq Air Yacht mehmanxana rolunda çıxış edə bilər – belə deyək ki, bu Project Sama layihəsinin daha dəbdbələi və qeyri-adi versiyası ola bilər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Lazzarini studiyasının portfoliosunda şneklər sayəsində quruda hərəkət edə bilən Pagarus katamaranı da var. Pagarus Air Yacht ilə birləşdirilərsə, suda, quruda və havada hərəkət edə bilən futuristik gəmi alına bilər.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.