Avtomotoridman yarışlarının həvəskarları 17 iyun tarixində məşhur «Le Manın 24 saatı» marafonunun başlayacağını gözəl bilirlər. Bu gün Le Mandakı Sarte avtodromunda keçirilmiş səhər test sessiyasında Toyota liderlik etmişdir.

8 nömrəli Toyota TS050 Hybrid sportprototipinin heyətinin pilotu Kazuki Nakacima dörd saatlıq sessiyanın startından 20 dəqiqə sonra dövrəni 3.20,778 zamanla başa vurmuşdur.

O, bənzər avtomobildə çıxış edən Sebastyen Burdeni 1,5 saniyə üstələmişdir.

Toyota komandasının digər iki heyəti də göstərdikləri zamanları yaxşılaşdıraraq ikinci və üçüncü yerləri tutmuşdurlar.

7 nömrəli Toyota sportprototipinin pilotu Kamuyi Kobayaşi dövrəni 3.21,450 zamanla başa vurmuş, 9 saylı prototipin pilotu Xose-Mariya Lopes isə 3.22,066 zamanını qeydə almışdır. 

Toyota komandasının başlıca rəqibi olan Porsche komandasının sportprototipləri isə yalnız dördüncü və beşinci nəticəni göstərə bilmişdirlər. Porsche 919 Hybrid sportprototipnin pilotu Timo Bernhard sessiyanın sonuna qədər ikinci yeri saxlamaqda iddialı olsa da, Toyota pilotlarının sürətli dövrələri onu dördüncü yerə gritlətmiş oldu. Beləliklə, ən sürətli Porsche heyəti yapon rəqiblərindən 2,3 saniyə geridə qalmışdırlar. Alman komandasının digər prototipinin pilotu Andre Lotterer3.23,148 zamanla dövrə vuraraq beşinci yeri əldə etmişdir. 

Qeyd etmək lazımdır ki, Nakacimanın göstərdiyi zaman Nil Caninin (Porsche) keçən ilki poul zamanından bir saniyə yavaşdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt