Renault şirkətinin əsfanəvi R5 modelini elektrokar şəklində yenidən canlandırmağa hazırlaşdığı bir vaxtda, yenicə yaradılmış Legende Automobiles şirkəti əfsanəvi modelin imicindən faydalanmağa qərar verib. Şirkət fransız köklərinə malikdir, çünki onu əvvəllər Renault şirkətində işləmiş avtomobil dizayneri Alan Derozye təsis edib.

Artıq bildiyimiz kimi, fransız dizayner Marc Philipp Gemballa Marsien superkarının yaradılmasında da iştirak edib. Ümumiyyətlə, Alan Porsche 911 sportkarının pərəstişkarıdır, lakin fransız bu sportkarın əsasında restomod yaratmağa cəsarət etməyib, çünki bu sahədə rəqabət çox yüksəkdir. Buna görə də, Derozye digər bir əfsanəvi avtomobili seçib – bu, Renault 5 Turbo modelidir.

Adı çəkilən model standart R5 hetçbekinin növbəti variantlarından biri deyildi, əslində ralli boldinin homoloqasiyası üçün yaradılmış tamamilə fərqli bir avtomobil idi. Renault 5 Turbo hetçbeki orta mühərrikli quruluşa, arxa ötürməyə və müstəqil asqıya sahib idi.

Üstəlik, belə avtomobillərin istehsalı Alpine şirkəti tərəfindən həyata keçirilirdi. Yanacağın püskürdülməsi və Garrett turbokompressoruna malik olan 1,4-litrlik mühərrik 160 at qüvvəsi və 221 Nm fırlanma anı hasil edirdi ki, bu da bugünkü standartlara görə heç də pis göstərici deyil. 

1981-1982-ci illərdə 1690 ədəd Renault 5 Turbo modeli istehsal olunub. 1982-1985-ci illər arasında isə, 3167 ədəd sadələşdirilmiş kuzovu və interyeri olan Renault 5 Turbo 2 modeli buraxılıb.

Alan Derozye bu seriyanı davam etdirməyə qərar verib və yeni restomodu Legende Turbo 3 adlandırıb. Derozye əsas ortağı olan SoCal Frenchiez tuning studiyasının Kaliforniyada yerləşməsini nəzərə alaraq, Legends Automobiles şirkətini Los-Ancelesdə qeydiyyatdan keçirib. Bir müddət sonra, restomodun texniki hissəsinə cavabdeh olan BloodMotorsport şirkəti də Fransadan buraya köçəcəkdir.

Tərəfdaşlar səksəninci illərin unikal ortamühərrikli avtomobillərini dəyişdirməyə cəsarət etməyiblər, buna görə də Legende Turbo 3 modeli adi Renault 5 modelinin əsasında inşa edilib. Qeyd etmək lazımdır ki, əfsanəvi hetçbekin birinci nəsli 5,6 milyon nüsxəlik tirajla buraxılıb.

Avtomobilin kuzovu tamamilə yenidən qurulub və orijinal Turbo modelinin üslubunda genişləndirilib. Bütün xarici kuzov panelləri karbondan, yeni işıq texnikası isə LED texnologiyadan hazırlanıb.

Mühərrik həmişə olduğu kimi oturacaqların arxasına quraşdırılıb və arxa təkərləri hərəkətə gətirir. Texnologiyanın mənşəyi haqqında heç bir məlumat yoxdur, yalnız Legende Turbo 3 modelinin 400 at qüvvəli dördsilindrli turbomühərrikə sahib olduğu bildirilir.

Sekvental transmissiya klassik qola və sükan çarxındakı əlavə dəstəklərə malikdir. Ön və arxada ikiqollu asqısı olan şassi Renault 5 Maxi Turbo yarış modelində  olduğu kimi hazırlanıb. Ön oxda 16-düymlük, arxa oxda isə 17-düymlük disklər quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryer klassik Renault 5 hetçbekinin üslubunda hazırlansa da, əslində tamamilə orijinaldır. Burada virtual cihazlar paneli və ikizonalı klimat-kontrol, dördnöqtəli kəmərləri olan idman oturacaqları və borulardan hazırlanmış təhlükəsizlik qəfəsi qurşdırılıb. Qeyd etmək gərəkdir ki, Legende Turbo 3 modeli  ümumi istifadə yollarına da çıxacaqdır. Doğrudur, Legende Automobiles şirkəti hələlik modelin nə qiymətini, nə tirajını, nə də ilk əmtəə nümunəsinin debüt tarixini açıqlamayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.