Çinin internet-korporasiyası olan LeEco, seriya variantı Tesla Model S avtomobilinə rəqib ola biləcək LeSEE elektrik konseptini təqdim etmişdir. Konseptin kütləvi nümayiş mərasimi 25 aprel tarixində Pekində keçiriləcək avtosalonda baş tutmalıdır. Konsept şüşədən olan dam örtüyü ilə təchiz edilmişdir ki, bu da damin alın və arxa şüşələr ilə bütövlük təşkil etdiyi təəssüratını yaradır. LeSEE konsepti ənənəvi gücgülərdən və radiator barmaqlığından məhrumdur ki, bunlardan birincisini xüsusi kameralar əvəz etmişdir.
LeSEE konseptini fərqləndirən xüsusiyyətlərdən biri də C-formalı ön işıq texnikası və arxa fənərlərdir. Avtomobil həmçinin, avtonom idarəetmə sistemi ilə də təchiz edilmişdir. LeSEE konseptinin salonunda ənənəvi mexaniki düymə və dəstəklər mövcud deyildirlər - onları böyük ekranlı sensorlu displey əvəz edir. Konseptin texniki xarakteristikaları barədə heç bir məlumat dərc edilməmişdir. LeSEE haqqında məlum olan yeganə rəqəm onun maksimal sürətinin həddidir - 210 km/saat.
Güman edilir ki, konseptin seriya variantının istehsalı ilə Aston Martin şirkəti məşğul olacaqdır. Bu sayaq əməkdaşlıq üsulu, 2015-ci ildə Çin və Britaniya şirkətləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulmuşdur.
İlkin məlumatlara görə, avtomobil Aston Martin Rapide modelinin bazasında Britaniya istehsalçısının Geydondakı zavodunda buraxılacaqdır.