Lexus şirkəti RZ elektrik krossoverini təbiətə səfərlər üçün hazırlayıb. Avtomobil "dişli" şinlər, əlavə LED optika, velosiped daşıyıcısı ilə təchiz edilib və Ay torpağı rənginə boyanıb. Kuzovun aşağı hissəsinə - kandar və ön bamperə cızıqlara davamlı örtük çəkilib. Şanxay avtosalonunda RZ Outdoor Concept ilə birlikdə onlar RZ Sport Concept, RX Outdoor Concept krossoverlərini və POV Concept 2 hidrogen baggisini nümayiş etdiriblər.

Lexus şirkətinin Şanxay avtosalonundakı stendinin əsas yaraşığı yeni LM miniveni olub. Digər eksponatlar isə, buraya yanvar ayında keçirilmiş Tokyo Avto Salon və Tokyo Outdoor Show 2023 sərgilərindən gətiriliblər. Bunlar RZ Sport Concept, RX Outdoor Concept krossoverləri və Ay torpağı rənginə boyanmış POV Concept 2 hidrogen baggisidir. Layfstayl ekspozisiyasının yeniliklərindən biri təbiətdə aktiv dincəlmək üçün nəzərdə tutulmuş RZ Outdoor Concept lonsepti olub.

Overland-prototipi Lexus RZ 450e modelinə (məsələn, RZ Sport Concept prototipinin arxa mühərrikinin gücü 109-dan 204 at qüvvəsinə qədər artırılıb) əsaslanır. O, Regolith x Piano Black rənglərinin birləşməsinə boyanıb və əlavə işıqlandırma ilə təmin edilib. Ön tərəfdə xüsusi qoruyucu lövhə, yan tərəfdə isə şüşələrin metal moldinqləri peyda olublar. Disklərə 265/60 R18 ölçülü şinlər taxılıb, arxa tərəfdə isə, velosipedi bağlamaq üçün qurğu quraşdırılıb.

Image alt Image alt Image alt Image alt

Yenilənmiş plana əsasən, 2026-cı ilə qədər Toyota və Lexus markalarının model xəttində 10 yeni elektrik modeli peyda olacaq və onların ümumi satışı ildə təxminən 1,5 milyon ədəd təşkil edəcəkdir. Bu siyahıya emosional elektromobillər də daxil ediləcəkdir. Onlardan biri çoxlu qırıq xətləri və iti profili olan, habelə yeni dizayn dilini nümayiş etdirən Lexus emblemli liftbəkidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.