“Əbədilər” (“Eternals”) filminin tərəfdaşı olan Lexus şirkəti, filmin tanıtımına qeyri-ənənəvi bir şəkildə yanaşıb: marka, hər model üçün filmin on əsas personajına həsr olunmuş xüsusi livreyalar hazırlayıb.
Məsələn, GX modeli Salma Hayekin oynadığı Ayak kimi “geyinib”, Finanın (Ancelina Coli) ağ və qızıl dərisi RC F modeliə qismət olub, LS sedanı üçün isə, Riçard Məddenin oynadığı Əbədilərin lideri olan İkaris seçilib. Bütün avtomobillər şou avtomobillər statusundadır və satılmayacaqlar.
Lexus şirkətindən livreyanın kostyumun rəng sxemini və naxışını təkrarladığını, həmçinin hər bir xarakter üçün nəzərdə tutulan modelin, onun tərənnüm etdiyi qəhrəmanın əsas super gücünü əks etdirəcək şəkildə seçildiyini bildiriblər.
Buna misal kimi, RC F Track Edition modelini və supersürətli qabiliyyətlərə malik Makkari (Lauren Ridloff) obrazını göstərmək olar.Aralarında dəbli NX və yüksək texnologiyalı LX modelləri olan digər avtomobillər ilə də eyni şəkildə davranıblar.
Bu, Lexus şirklətinin “Əbədilər” üçün hazırladığı ilk reklam deyil. Oktyabrın əvvəlində Əntoni və Co Russo qardaşları ("Qisasçılar: Final" filminin rejissorları) Lexus IS 500 sedanının iştirak etdiyi qısa filmi çəkdilər. Videoçarxdakı hadisələr "Əbədilər" dünyasında cərəyan edir:
Kumeyl Nanciani (Kinqo rolunu oynayır) idarə etdiyi IS 500 üçün pulsuz park yeri tapa bilmədiyinə görə böyük döyüşə gecikir. Videoçarxın şüarında belə deyilir: "yeni IS 500 modelinin sevinci əbədidir", onun səkkizsilindrli mühərriki isə "əlbəttə ki, kosmik super gücü sizə hədiyyə etməsə də, ona bənzər bir şey verəcəkdir".
Təqdimatı 4 noyabr tarixində baş tutacaq filmdə Lexus avtomobilləri də iştirak edəcəkdir. IS 500 və LS 500 sedanlarının, habelə yeni nəsil NX krossoverinin filmdə çəkildikləri təsdiqlənib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.