Lexus şirkəti yeni lonqbordu təqdim etmişdir. Bu lonqbord yapon markasının Almaniyadakı dilerləri tərəfindən 199 avroya satılır. Lexus markası Almaniyada keçirilən skeytbord çempionatının baş sponsorudur.
Lexus rəhbərliyi belə lonqbordu buraxmaqla gənc alıcıların diqqətini yapon markasına cəlb etməkdir. Lonqbord yeddi qat bambukdan hazırlanmışdır. Onun alt hissəsi “karbonu” təqlid edən materialdan, üst hissəsi isə yapon firmasının loqotipi həkk edilmiş tünd ağacdan hazırlanmışdır.
Keçən ilin ortalarında Lexus “uçan” lövhə - hoverbordu təqdim etmişdir. Bu lövhə maqnit sahəsinin köməkliyi ilə hərəkət edir. Onun konstruksiyasında maye azot vasitəsi ilə soyudulan yüksək keçiricilərdən, həmçinin antiqravitasiyanı təchiz edən sabit cərəyanlı elektromaqnitlərdən istifadə edilmişdir.