Lexus şirkətinin model cərgəsində “bərkgedən” F-ailəsinə daxil olan hardkor krossoveri və ya ofrouderi peyda ola bilər. Belə bir avtomobilin seriyaya buraxılması məsələsi şirkət rəhbərliyinin gündəmindədir.

Yapon istehsalçısının məhsul planlaşdırması və strategiyası üzrə vitse-prezidenti Kuper Eriksenin bildirdiyinə görə, marka rəhbərliyi modelin son təyinatını müəyyən etməyib: seçim avtomobil asfalt üçün tənzimləmələri olan krossover ilə  Mercedes-AMG G-Class səviyyəsində olan ofrouder arasında gedir.