«Autocar» dərgisinin əldə etdiyi məlumata əsasən, Lexus şirkəti müştərilərin rəğbətini qazana bilməyən Lexus CT 200h hetçbekini yığcam krossoverlə əvəzləmək qərarına gəlmişdir. Əlbəttə ki, yeni krossover də hibrid güc aqreqatı ilə hərəkətə gələcəkdir. Bu barədə məlumatı «Autocar» dərgisinə Lexus şirkətinin Avropa nümayəndəliyinin rəhbəri Alan Uttenhoven vermişdir. Nə qədər qəribə görünsə də, premium kefiyyətinə malik olan hetçbek, hətta bu tip avtomobillərin populyar olduğu Avropada da uğur qazana bilməmişdir. Kiməsə avtomobilin dizaynə xoş gəlməmişdir, kimə isə onun qiyməti.

Uttenhovenin qeyd etdiyi kimi, şirkət ildə 10 minə yaxın Lexus CT 200h hetçbeki satmağa müvəffəq olmuşdur ki, bu da heç də yapon istehsalçısının gözlədiyi və arzuladığı rəqəm deyildi. Statistikaya nəzər salsaq, yalnız Avropada bu seqmentdə ildə 750 minə yaxın avtomobil satılır. Eyni zamanda, Alan Uttenhoven gələcək krossover haqqında ətraflı məlumat verməkdən imtina etmişdir.

Çox güman ki, yeni krossover beynəlxalq Cenevrə avtomobil sərgisində təqdimatı keçirilmiş məzəli Lexus LF-SA konseptində nümayiş etdirilən ideyaların davamı olacaqdır.

Əgər ehtimallarımız doğru olarsa, biz Lexus NX krossoverindən bir pillə aşağıda qərarlaşacaq cazibədar yığcam krossoveri müşahidə edəcəyik. Şaiyələrə görə, yeni krossover Prius modelinin istehsalında istifadə edilən  TNGA modul platformasında yığılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt