Lexus şirkəti Detroytda keçiriləcək avtosalonda LC modelinin açıq kuzovlu prototipini nümayiş etdirəcəkdir. İstehsalçı rodsteri eyniadlı kupenin «zərif əksi» kimi səciyyələndirib və «ultimativ gözəlliyin» təzahürü adlandırıb. Prototip seriya modelinin carçısıdır.
Lexus LC Convertible modelinin dizaynı kupe ilə bənzərdir. Konsept 22-düymlük təkər disklərinə, salonun ağ rəngli dəri ilə üzlənməsinə və sarı tikişlərə, xüsusi oturacaqlara və düymələrə sahib olub. Prototipin texniki hissəsi barədə məlumat verilməyib.
Xatırladaq ki, Lexus LC kupesi 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.