Lexus şirkəti bu ay baş tutacaq Detroyt avtomobil sərgisində təqdim edəcəyi yeni avtomobilin ilk tizerini dərc etmişdir. Görüntüdə avtomobil şinlərinin izləri və 11 yanvarda «misli görülməmiş» təqdimatın keçiriləcəyi haqqında yazılar mövcuddur. Çox güman ki, söhbət Lexus LC sportkarından gedir. Lakin, avtomobilin adı və xüsusiyyətləri rəsmi olaraq təsdiqlənməmişdir. Ehtimal edilir ki, yeni kupe 5,0-litrlik benzin mühərriki və hibrid güc aqreqatı ilə təchiz ediləcəkdir. Doqquz pilləli Aisin avtomatik sürətlər qutusu ilə birləşdirilmiş V8 mühərrikinin gücü 477 at qüvvəsi və 530 Nm firlanma anıdır.

Hibrid güv aqreqatının tərkibinə 3,5-litrlik altı silindirli banzin mühərriki və elektromotor daxildir. Lexus GS modelinin benzin-elektrik modifikasiyasının gücü 353 at qüvvəsi təşkil edir. LC modeli üçün bu aqreqatın gücünü 475 at qüvvəsinə qaldıracaqlar ki, bunun da 312 at qüvvəsi daxili yanacaq mühərrikinin hesabına əldə ediləcəkdir. Bundan əlavə bildirilmişdir ki, 2018-ci ildə Lexus LC modelinin «bərkgedən» versiyası olan LC-F variantı işıq üzü görəcəkdir ki, «qaynar» versiyanın elektrik ötürücülü ikiqat turbokompressoru olan V8 mühərrikinın gücü 611 at qüvvəsi olacaqdır.

Keçən ilin dekabrında Lexus şirkəti LC 500 və LC 500h adlarını qeydiyyatdan keçirmişdir. Yeni kupenin carçısı olan LF-LC konsepti 3 il bundan əvvəl Detroytda nümayış etdirilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt