Lexus Avropa spesifikasiyasında olan təkmilləşdirilmiş ES sedanını təqdim edib. Yapon sedanı Apple CarPlay tətbiqini (simsiz) və bulud naviqasiyasını dəstəkləyən, habelə 19 dildə səs əmrlərini tanıyan yeni multimedia sistemini alıb.Bundan əlavə, yenilənmiş sedanı yeni F Sport Design təchizatında və Ammonite Sand salon tərtibatı ilə əldə etmək olar. Lexus ES sedanı sonuncu dəfə 2021-ci ildə yenilənmədən keçib.
Multimedia sistemi poliqlot olub
Yeddinci nəsil Lexus ES premium sedanı 2018-ci ildə debüt edib. 2021-ci ildə model cüzi yenilənməyə məruz qalıb, buna görə də, geniş miqyaslı yenilənmənin vaxt gəlib çatmayıb. 2023-cü model ili üçün hazırlanmış təkmilləşdirmələr lokal xarakter daşıyır və əsasən salona yönəldilib. Məsələn, ES sedanı Rich Cream variantını əvəz edən yeni Ammonite Sand interyer tərtibatını və təkmilləşdirilmiş funksionallığı olan yeni multimedia kompleksini alıb.
Yan güzgüləri kameralarla əvəzləmək də mümkündür
İndi əsas qurğu daha sürətlə işləyir. Bundan əlavə, ona Apple CarPlay tətbiqinin simsiz dəstəyi, bulud naviqasiyası və səslə idarəetmə funksiyası daxil edilib. Lexus ES sedanın bort sisteminə yanacaqdoldurma məntəqələridəki qiymətlər və dayanacaqlardakı boş yerlər haqqında məlumatlar yüklənir və Hey Lexus səs köməkçisi 19 Avropa dilini tanıyır və dolayı əmrləri başa düşür (məsələn, "Mən üşüdüm" əmri ilə salondakı temperaturu artırır).
Lexus ES 300h modelinin Azərbaycana idxalına başlanılır
DCM rabitə modulu da yenilənib. O, smartfon vasitəsi ilə bir sıra funksiyaları idarə etməyə, həmçinin e-Care onlayn diaqnostikasına qoşulmağa imkan verir. 24/7 xidməti avtomobilin bütün sistemlərinin işinə nəzarət edir və toplanmış məlumatları dilerlərlə paylaşır. Bundan əlavə, ES sedanının sahibi e-Care vasitəsilə bu və ya digər nasazlıqlar zamanı necə hərəkət etməli olduğuna dair məsləhətlər ala bilər.
Nəhayət, 2023 model ili üçün Lexus ES modelinin modifikasiya çeşidinə yeni F SPORT Design versiyası əlavə edilib. Belə sedanlar emblemləri, qara rəngli 19-düymlük təkər diskləri, 10 variantda kuzov və dörd variantda interyer tərtibatı ilə fərqlənirlər. Yenilənmiş sedanların istehsalına avqust ayında başlanacaqdır, lakin onlar yalnız oktyabr ayında diler salonlarında görünəcəklər. Eyni zamanda, Lexus ES 300h hibridini daha üç ölkədə - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada satmağa başlayacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.