2021-ci model ilinin Lexus ES biznes sedanı 30 illik tarixdə ilk dəfə olaraq tam ötürmə sistemini alıb. Lexus ES 250 modifikasiyası tam ötürmə sistemini və AWD indeksini əldə etmiş yeganə versiyadır.
Tam ötürmə sistemini Lexus ES sedanı qohum Toyota Camry və Avalon sedanlarından alıbdır. Keçən il ABŞ-da satılan Camry və Avalon modelləri RAV4 krossoverindən götürülmüş Dynamic Torque Control AWD sistemi ilə təchiz edilməyə başlayıblar. Ön təkərlərin ilişməni itirməsi halında elektronika tərəfindən idarə edilən mufta arxa təkərləri qoşur - bu halda dartma qüvvəsinin 50 faizi arxa oxa ötürülür. Adi hərəkət zamanı avtomobil ön ötürməli olaraq qalır.
Lexus ES 250 AWD modeli 206 at qüvvəsinə sahib olan 2,5 litrlik atmosfer mühərriki və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Lexus ES 300h modeli eyni mühərrikin əsasında yaradılmış 218 at qüvvəli hibrid güc qurğusu, ES 350 modeli isə 306 at qüvvəli 3,5-litrlik V6 mühərriki ilə təchiz olunurlar.
Tam ötrüməs sistemi ilə yanaşı, sedanın standart təchizatına Lexus Safety System + 2.0 təhlükəsizlik sistemləri dəsti daxil edilib. Bundan başqa, Lexus şirkəti ES modeli üçün Black Line Special Edition üslub dəstini hazırlayıb.
"Qara" seriyadan olan sedanlar 1.500 nüsxəlik tirajla buraxılacaqdırlar. Bu dəstin tərkibinə qara rəngli eksteryer elementləri daxildir: yan güzgülərin gövdələri, təkər diskləri və spoyler qara rəngə boyanıbdırlar. Bundan başqa, belə avtomobillərin sahibləri Zero Halliburton baqajı keysləri dəstini alacaqdırlar.
ABŞ-da 2021-ci model ilinin Lexus ES sedanlarının qiyməti 40.925 dollardan başlayır. Yenil modeli ilinin sedanları dilerlərə payızda çatdırılacaqdırlar.