Lexus Enthusiast nəşri MAG-X dərgisinə istinadən Lexus şirkətinin GS sedanının növbəti nəslinin hazırlanması işlərini dayandırdığını və onu model cərgəsindən çıxarmaq planlarının olduğunu bildirmişdir.
Nəşrin əldə etdiyi məlumata əsasən, Lexus şirkətində bu qərarın qəbul edilməsinə bayraqdar sedanı olan LS modelinin yeni nəsli səbəb olmuşdur. Bu il Detroyt avtosalonunda debüt etmiş bayraqdar sedan altı silindrli mühərrik ilə təchiz edilir və yapon istehsalçısı LS və GS sedanlarının müştəri auditoyasının mənafelərinin kəsişməsindən ehtiyat edir. Ehtimallara görə, Lexus GS modeli 2018-ci ilin sonuna qədər konveyerdə qalacaqdır. Bununla belə, modelin başqa bir avtomobillə əvəz edilməsi də istisna edilmir. Eyni zamanda, Lexus markasına sahib olan Toyota şirkətinin prezidenti Akio Toyodanın dab u modeldən xoşlanmadığı məlumdur. Automotive News nəşrinin bildirdiyinə görə, 2011-ci ildə, markanın regional menecerlərinin çoxsaylı xahişləri nəticəsində Toyoda avtomobilin cari nəslinin buraxılmasına hallalıq vermişdi.