Avstraliyanın “Drive” nəşrinin bildirdiyinə görə, Lexus şirkəti bir il bundan öncə istehsalına son verilən arxa ötürməli GS sedanının əvəzləyicisini hazırlayır. Nəşr nə vaxtsa Instagram sosial şəbəkəsində dərc edilmiş, lakin sonradan silinmiş naməlum statusa istinad edir.
İddiaya görə, bu statusda premium yapon markasının məhsul planı açıqlanıbmış. Planda yeni Lexus GS modelinin Toyota Mirai elektrik sedanına əsaslanacağı bildirilibmiş. Xatırladaq ki, Mirai sedanı yanacaq elementləri ilə çalışan güc qurğusu hərəkətə gəlir.
Üstəlik, söhbət təkcə mövcud olan Toyota Crown modelinin əsaslnadığı TNGA-N platformasından getmir. Yeni model hidrogen texnologiyalarını da alacaqdır. Bu məlumat rəsmi təsdiqini tapmasa da, dolaşan şayiə Toyota konserninin premium bölməsinin strategiyası ilə ziddiyət təşkil etmir. Yeni strategiyaya əsasən Lexus markasının model xətti aktiv şəkildə elektrikləşdirilməlidir.
Hidrogen elektrokarı Lexus GS modelinin istehsalının dayandırılmasından sonra Asiya və Şimali Amerikada yaranmış boşluğu doldurmalıdır. Hidrogen modelinə başqa adın veriləcəyi də istisna olunmur. “Drive” nəsrinin bildirdiyinə görə, yeni sedanın təqdimatı 2022-ci ilə planlaşdırılıb. Amma ortada qəribə bir vəziyyət var - bu günə qədər belə avtomobilin kamuflyajlı prototiplərinə rast gəlinməyib.
Toyota Mirai modelinə gəldikdə isə, sedan keçən ilin əvvəlində ilk dəfə nəsil dəyişdirib. Arxa ötürməli platformaya keçən sedanın ölçüləri böyüyüb, model beş nəfərlik salona sahib olub və daha güclü elektrik mühərrikini əldə edib, habelə 650 kilometrə qədər artan yürüş ehtiyatına malik olub. İndi hidrogen üç çəndə saxlanılır.
Bu ilin yazından başlayaraq, Yaponiyada Mirai sedanını qabaqcıl Advanced Drive şosse avtopilotu ilə təchiz edirlər. Avtopilot müstəqil şəkildə ötmələr etməyi və yerdəyişmələri həyata keçirməyi bacarır. Bənzər komplekslə flaqman Lexus LS sedanının hibrid versiyası da təchiz olunur.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.