Lexus markası ABŞ bazarında satılan GX ofrouderinin Black Line versiyasını təqdim edib. Yeni xüsusi versiya qara tavanı və dekorativ elementləri olan interyer dizaynı ilə digər versiyalardan fərqlənir.

Modelin interyerindəki əsas yenilik isə, modernləşdirilmiş mərkəzi panel və multimedia sisteminin əvvəlki 8,0-düymlük displeyini əvəzləmiş 10,3-düymlük sensorlu ekranıdır.  Hələlik belə sensorlu ekran yalnız GX 460 Black Line Special Edition modelində quraşdırılır, lakin 2022-ci ildən başlayaraq bütün GX modelləri belə displeyə sahib olacaqlar.

“Qara” versiyanın eksteryer tərtibatındakı fərqlərin arasında radiator barmaqlığının qara haşiyəsi, parlaq qara rəngli 18-düymlük təkər diskləri, digər bamperlər, damdakı qara reylinqlər və kuzov rənginə boyanmış qapı tutacaqları var.

Xüsusi versiyanın avadanlıq siyahısına LED optika, təhlükəsizlik sistemləri kompleksi və altı USB portu daxildir. İnteryer tərtibatında boz rəngli işləmələri olan iki rəngli süni dəridən və tutqun qara rəngli göyrüş ağacından istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt

Xüsusi seriyadan olan GX 460 Black Line modeli 305 at qüvvəli və 446 Nm fırlanma anı hasil edən 4,6-litrlik V8 mühərriki ilə təchiz edilir. GX 460 Black Line Special Edition qiymətləri 59.260 dollardan başlayır. Yeni versiyaya sifarişlər artıq qəbul olunur.

Bir gün əvvəl Lexus GX ofrouderinin 2024-cü ildə nəsil dəyişdirəcəyi məlum olub. Yeni ofrouder bir neçə hibrid versiyada təklif ediləcəkdir. Hazırda Toyota şirkətinin 2,5 və 3,5 litrlik dizel mühərriklərinə əsaslanan yeni nəsil hibrid güc qurğularını üzərində çalışdığı bildirilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.