Lexus LC modelini Hokkaido Edition adlı xüsusi versiyası yazın sonuna qədər Avropa bazarında satış debütü etməlidir. Xüsusi versiya öz vulkanları, kalderli gölləri və geotermal bulaqları ilə məşhur olan Yaponiyanın ən şimal adasına – Hokkaydoya həsr edilib. Hokkaydo adasında Lexus Shibetsu sınaq poliqonu da yerləşir. Lexus LFA superkarını vaxtı ilə məhz burada hazırlayıblar və xüsusi seriyadan olan LC modellərinin şassilərini tənizmləyiblər.

Lexus LC Hokkaido Edition modelləri üçün dörd kuzov rəngi təklif ediləcəkdir: qırmızı Flare Red, boz Sonic Platinium, ağ F White və tünd boz Graphite. Avtomobillər eksklüziv qara radiator barmaqlıqları, 21-düymlük təkər diskləri, LED işıq texnikası və tündləşdirilmiş arxa fənərləri ilə seçiləcəklər. Bundan əlavə, kabriolet üçün iki rəngdə yumşaq dam nəzərdə tutulub – qara və ya qırmızı.

Qara və tünd qırmızı rənglərdə olan interyer Hokkaydo vulkanları barədə xatırlatmalıdır. Üstəlik, “aqressiv” qırmızı rəng əsasən sürücünün ətrafında cəmlənəcəkdir. Xüsusi versiyanın kapotunun altında əvvəlki kimi 477 at qüvvəli (540 Nm) 5,0-litrlik V8 atmosfer mühərriki və ya 3,5-litrlik V6 mühərrikinin əsasında yaradılmış 359 at qüvvəli (500 Nm) hibrid güc qurğusu yerləşir. Lexus bu avtomobillərin potensialını Hokkaydonun isti bulaqlarına gedən yolda sınaqdan keçirməyi məsləhət görür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

2022-ci model ilinin Lexus LC kupe və kabrioleti yenidən tənizmlənmiş asqıya sahib olublar. Bundan başqa, modelin opsyalar siyahısına karbon lifləri ilə gücləndirilmiş plastikdən hazırlanmış spoyler əlavə olunub. Bu spoylerin yaradılmasında yaponiyalı pilot Yoşihido Muroe də iştirak edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.