Lexus şirkəti özünün “dördüncü bayraqdarı” LY 650 adlı lyuks seqmentindən olan yaxtan; suya endirib. Şirkətdən bildirildiyinə görə, yaxta L-finesse dizayn üslubunun ən zərif təzahürüdür.
19,96 metrlik uzunluğu olan yaxtanın inşası Marquis-Larson Boat Group tərsanəsinin mütəxəssislərinə etibar edilib. Yaxtanın yaradılması zamanı dizaynerlər keçən il Mayamidə xüsusi tədbirdə nümayiş etdirilmiş Sport Yacht sürət qayığından ilham alıblar. Yaxta altı yataq yeri olan üç kayuta ilə təchiz edilibdir.
Lexus LY 650 yaxtasının yanacaq çəninin həcmi 3785 litr təşkil edir. Bundan başqa, yaxta 852 litrlik içməli su ehtiyatına malikdir. Güc aqreqatı 1000 at qüvvəsi hasil edən 12,8-litrlik Volvo Penta sıralı altı silindrli dizel mühərrikindən ibarətdir. Əlavə ödənişlə mühərrikin gücünü 1350 at qüvvəsinə qədər artıran IPS30 gücləndirmə ötürməsi ilə təchiz etmək mümkündür.
Keçən il Mayamidə keçirilən xüsusi tədbirdə, yapon şirkəti Lexus LC 500 sportkarından alınmış iki səkkiz silindrli mühərriklə təchiz edilmiş 12,7 metrlik Lexus Sport Yacht konseptini nümayiş etdirmişdir. Yaxtanın əsasını karbondan hazırlanmış konstruksiya təşkil edirdi.
Yaxtanın qabarit uzunluğu 12,7 metr, eni isə 3,85 metr təşkil edirdi. Lexus Sport Yacht qayığı səkkiz nəfəri qəbul etmək imkanına malik idi. Lexus GS F sedanı və RC F kupesindən yanış olan iki 477 at qüvvəli atmosfer tipli V8 mühərrikləri qayığa 49 dəniz mili (79 km/saat) sürəti ilə hərəkət etmək imkanı verirdi.
Qayıq quraşdırılmış taçskrin displeyi olan şturval vasitəsi ilə idarə edilirdi. Kapitanın önündə lazım olan məlumatı almaq üçün daha bir iri displey mövcud idi. Konseptin təchizatına soyuducu, duş kabinası, 4G LTE şəbəkəsini dəstəkləyən multimedia sistemi və Mark Levinson premum səs sistemi daxil edilmişdir.
Lexus yaxtasının kütləvi təqdimatı Florida ştatının Fort-Loderdeyl şəhərindəki beynəlxalq yaxta sərgisində keçiriləcəkdir.