Inspiration Series seriyasından olan ilk Lexus modelinin debütündən artıq beş il keçir. Xatırladaq ki, “ilham” seriyasından olan avtomobillər 100-200 nüsxədən ibarət olan tirajla satılırlar. Bu seriyadan olan avtomobillər ənənəvi olaraq dekoru və təchizatı ilə digərlərindən fərqlənirlər.
2022-ci ildə yapon premium markası amerikalılar üçün Lexus LC 500 Inspiration Series modellərinin xüsusi versiyası hazırlayıb. Xüsusi versiyadan olan kupe və kabrioletlər boz Iridium rəngli kuzovu, unikal 21-düymlük təkər diskləri, habelə qara və tünd qırmızı rəngli interyeri ilə fərqlənirlər. Xatırladaq ki, bənzər interyer tərtibatına LC Hokkaido Edition seriyasından olan modellər malikdirlər.
Yeni Lexus LC 500 Inspiration Series modeli Touring dəstinə malik olan adi LC 500 modelinə əsaslanır. Bu dəst şüşəsilənlərin dayandığı yerlərin və sükanın qızdırılmasını, dəri salonu, parkinq yardımçısını nəzərdə tutur.
Əsas fərq – kuzovun boz Iridium rəngi, qara eksteryer dekoru, 3D-frezerləməsi metodu ilə hazırlanmış 21-düymlük təkər diskləri və 150 nüsxədən ibarət olan məhdud saylı tirajdır. Əlavə olaraq, kabriolet üçün Dark Rose rəngində olan yumşaq dam təklif olunur. Assimetrik tünd qırmızı haşiyələri olan qara salon yarıanilin dərisi ilə üzlənib.
Kabriolet Lexus Climate Concierge iqlim sistemi ilə təchiz olunur. Bu sistem optimal temperaturu təmin etmək üçün, kondisioneri və əlçatan olan qızdırılma funksiyalarını (sükan, boyun zonası və oturacaqlar) avtomatik şəkildə tənzimləyir.
Kabrioletin damının daxili hissəsi süni NuLuxe dərisi ilə üzlənib. Lexus LC 500 Inspiration Series modelinin standart təchizatına habelə 13-dinamiki olan 915-vattlıq Mark Levinson səs sistemi, smart-açar və proyeksiya displeyi daxildir.
Xüsusi seriyadan olan kupe və kabrioletlər 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki və 10-pilləli “avtomat” ilə təchiz edilirlər. Inspiration Series kupesinin qiyməti 104.500, kabrioletin isə 115.580 dollardır. Xüsusi seriyadan olan modellər yazın sonunda yerli diler salonlarında peyda olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.