Lexus şirkəti yeni IS sedanını 9 iyunda təqdim etməyi planlaşdırırdı. Lakin, sonradan istehsalçı təqdimatın təxirə salındığını bildirmişdi. Bu gün yapon istehsalçısı yeni modelin videotizernin yayaraq, onun yeni debüt tarixini açıqlayıb - yeni model 16 iyun tarixində nümayiş etdiriləcək.
Videotizerdən də göründüyü kimi, təqdim ediləcək model IS 350 F Sport modifikasiyasıdır. Buna qanadlar və arxa tərəfə vurulan emblemlər dəlalət edir. Bundan başqa, tizerdə avtomobilin Bridgestone şinləri ilə təchiz edilmiş disklərinin dizaynı da nümayiş etdirilir.
Avtomobilin cilalanmış metaldan hazırlanmış pəncərə haşiyəsinin iti ucu arxa dayağa qədər uzanır. Bundan başqa. avtomobilin işqlanan zolaqla birləşdirilmiş öxşəkilli arxa işıq texnikası da tam şəkildə çarxda göstərilir. Sedan yanacaq çəninin trapesiyaşəkilli qapağına və kiçik arxa spoylerə də malikdir.