Lexus şirkəti Structural Blue adını almış çaların yaradılmasına 15 il vaxt sərf edib. Yeni rəngin yaradılması üzərində şirkətin ABŞ və Yaponiyadakı texniki mərkəzləri və VIAVI Solutions şirkəti işləyib. Bu barədə xəbəri istehsalçının mətbuat xidməti dərc edib.
Morfo kəpənəyindən ilham alınaraq yaradılan çalar 40 ayrı qatları olan piqmentin əsasında hazırlanıb. Lexus şirkətindən, işıqlanmadan asılı olaraq çaların rənginin dəyişməsi səbəbini, onun kiçik yumaqlara bənzər olan mürəkkəb nanoquruluşu ilə izah ediblər. Adi piqment rəngləri görünən mavi rəngin 50 faizini əks etdirsələr də, Structural Blue rəngində bu göstərici 100 faizə bərabərdir.
Xüsusi olaraq Lexus LC kupesi üçün nəzərdə tutulan rəngin kuzova vurulması üçün 300 milyard “yumağı” olan 300 qram piqment gərəkdir.
Structural Blue rəngi əsas və müdafiə qatının arasına 15 mikrometrlik qatla vurulur. Gün ərzində yalnız iki avtomobil bu rəngə boyana bilər.
Lexus LC 500 qabarit uzunluğu 4760 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1345 millimetrdir. Təkərlərarası bazanın uzunluğu 2870 millimetr təşkil edir.
Lexus LC 500, GS F və RC F «bərkgedən» modellərində istifadə edilən, 5,0-litrlik səkkiz silindirli «atmosfer» mühərriki ilə təchiz edilir. Mühərrikin verimi 473 at qüvvəsi və 527 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı öz növbəsində, 10 diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır. Avtomobilin çəkisi oxları arasında 52:48 nisbətində ön oxun xeyrinə bölüşdürülmüşdür. Belə nisbəti əldə etmək üçün, avtomobilin konstruksiyasında yüngül materiallardan istifadə edilmişdir. Buna misal olaraq, karbondan istifadə edilməklə hazırlanan dam və qapı panellərini, həmçinin,kompozit materiallardan hazırlanmış baqaj döşəməsini göstərmək olar.
Bundan əlavə, akkumulyator avtomobiln baqaj hissəsində yerləşdirilmişdir.