Yaponiyada Lexus LC500 kabrioletinin satışlarına start verilib. Yumşaq qatlanan tavana malik olan modelin qiyməti 15 milyon yen (238 min manat) təşkil edir. Kupe kuzovlu variant isə 14,5 milyon yen (230 min manat) satılır. Yeni kabriolet qara və açıq qəhvəyi rəngli tavan ilə təklif edilir.

Lexus şirkəti bildirdiyinə görə, kabrioletin yumşaq tavanını 50 km/saat həddinə kimi sürətlərdə açıb-bağlamaq mümkündür. Bu proses 15-16 saniyə vaxt tələb edir. Yumşaq tavanın strukturu dörqatlıdır ki, belə həll yolu kabrioletin damını kupeyə bənzər xəttlə təmin etməyə yardım göstərib. İki Lexus LC modelləri arasındakı fərq baqaj qapağının başqa tərtibatı və rəng seçimi ilə məhdudlaşır.

Lexus LC 500 Convertible modeli salonun qızdırılmasının və soyudulmasının təkmilləşdirilmiş sisteminə sahib olub. Açıq tavanla hərəkətin rahatlığını təmin etmək üçün, havalandırma sistemi kuzovun yuxarı hissəsinin qızdırılmasına köklənib. Əsas diqqət sərnişinlərin boyun zonasının və sükan çarxının isidilməsinə yönəldilib. Bundan başqa, kabriolet yüksək sürətlərdə küləyin səsini azaldan müdafiə ekranı ilə də təchiz edilir.

LC 500 Convertible modeli 477 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı fırlanma anını arxa oxa ötürən 10-diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Kabriolet kupeyə nisbətən 80 kq ağırdır. Təəssüflər olsun ki, kabrioletin dinamik xarakteristikaları açıqlanmayıb.