Bir neçə gün bundan öncə Lexus şirkəti LC500 avtomobilinin hibrid güc aqreqatı ilə hərəkətə gələn variantının fotoşəkillərini dərc etmişdir. Bu gün yapon şirkəti avtomobilin texniki göstəriciləri barəsində məlumat yaymışdır. Hibrid güc aqreqatının tərkibinə 295 at qüvvəsi və 348 Nm fərlanma anı olan 3,5-litrlik V6 mühərriki, 60 at qüvvəsi gücü olan elektromotor, litium-ion batareyalar dəsti və dörd pilləli avtomatik sürətlər qutusu daxildir. Pillələrin dəyişdirilməsi sükanaltı dəstəklər vasitəs ilə də həyata keçirilə bilər. Litium-ion batareyaların çəkisi 50 kiloqrama bərabərdir.
Hibrid güc aqreqatının ümumi gücü 355 at qüvvəsi təşkil edir ki, bu da kupeyə 100 km/saat sürətini beş saniyədən az vaxta toplamağa imkan verir. Arxadan çəkişli LC500h modeli yeni ön mühərrikli, yüksək kefiyyətli polanddan və alüminiumdan hazırlanmış GA-L platformasında yığılmışdır.
Avtomobil öndə iki şarniri olan ikiqollu, arxada isə çoxqollu asqı ilə təchiz edilmişdir. Sportkar alüminiumdan hazırlanmış kapot və qanadlarla, həmçinin karbondan düzəldilmiş damı olan kuzovla təchiz edilir. Standart olaraq avtomobil 20-düymlük təkər diskləri ilə təchiz olunur. Bundan əlavə, opsional olaraq 21-düymlük disklər də sifariş etmək mümkündür.
Lexus LC500h modelinin qabarit uzunluğu 4760 millimetr, eni - 1920 millimetr, hündürlüyü isə 1345 millimetrdir. Təkərlərarası bazanın uzunluğu 2870 millimetr təşkil edir. Avtomobilin kütləvi nümayişi işini mart ayının 3-də başlayacaq Cenevrə avtomobil sərgisində keçiriləcəkdir.