2005-ci ildən bəri Lexus şirkəti iki milyona yaxın hibrid avtomobili istehsal edib, lakin yapon markası orijinal elektromobillərin istehsalına doğru yavaş-yavaş irəliləyir. Bu günə Lexus markasının model xəttində yalnız bir elektrokar var - o da, daxili yanma mühərriki olan UX 300 krossoverinin əsasında yaradılan UX 300e krossoveridir. Bu istiqamətdə addım, il yarım bundan əvvəl nümayiş etdirilmiş qeyri-adi Lexus LF-30 Electified konsepti ilə atılıb. İndi isə, başqa bir avtomobil təqdim olunur. Təəssüf ki, bu da konsept avtomobildir, lakin reallığa daha çox yaxındır.
Yeni Lexus LF-Z Electrified modeli təkər tağlarının və kandarların qara plastikdən əlavələri kimi krossovr cizgilərinə malik olan 4880 millimetrlik liftbekdir. Konseptin təkər bazası 2950 millimetr təşkil edir. Kuzovun nisbətləri daha ənənəvi olub, yuxarı qalxan qapıların əvəzinə taybatay açılan qapılar quraşdırılıb (elektrik ötürməsi ilə). Konseptin işıq texnikası da ənənəvi üslubdadır.
Salon da “sakitləşdirilib”. Buna baxmayaraq, salonda hələ də şturvala bənzəyən sükan çarxı, onun ətrafındakı ekranlar və iri proyeksiya ekranı var. Avtomobilin elektronikası sürücünün vərdişlərini qiymətləndirən “süni zəka” ilə tamamlanır. Elektroxrom şüşə dam şəffaflıq dərəcəsini dəyişə bilər.
Orijinal elektromobil platformasının konsepsiyası bütövlükdə saxlanılıb. Lexus LF-Z Electrified konsepti, əvvəlki konseptdə olduğu kimi, 544 at qüvvəsi və 700 Nm fırrlanma anı hasil edən dörd mühərrik-təkərdən ibarət olan Direct4 transmissiyası ilə təchiz edilir. Akkumulyator hesablanmış tutumu110 kilovat-saatdan 90 kilovat-saata endirilmişdir ki, bu da 600 kilometrlik yürüş üçün kifayət etməlidir.
2,1 ton ağırlığında olan elektromobil 100 km/saat həddinə üç saniyəyə sürətlənir, maksimal sürət isə 200 km/saatdır. Konseptin doldurma cihazının gücü 150 kilovata çatır. Bundan başqa, konsept təkərlər ilə mexaniki əlaqəsi olmayan sükan idarəetməsinə malikdir..
İki konseptual Lexus avtomobilinə baxanda elektromobilin üçüncü iterasiyasının konveyer xəttinə çıxacağını fikirləşmək olar. Ancaq gözləməli olacağıq: orijinal elektrik platformasında inşa ediləcək avtomobillər yalnız 2025-ci ildə işıq üzü görəcəklər. O vaxta qədər hibridlər markanın satışlarının yarısından çoxunu təşkil edəcəkdir.
Yeni modellərin yaradılmasını sürətləndirmək üçün, Lexus şirkəti artıq Toyota Test Mərkəzinin qonşuluğunda yeni Şimoyama Elmi-Texniki Mərkəzinin tikintisinə başlayıb. Lexus ETM-nin 2024-cü ilin mart ayında açılması planlaşdırılır