Bu ayın sonlarında Los-Anjelesdə keçiriləcək avtosalonda Lexus şirkəti RX krossoverinin yeddi yerli modifikasiyasını təqdim edəcəkdir. Lexus RX 350L indeksinə sahib olan krossover 29 noyabr tarixində nümayiş olunacaqdır.
Sonradan L indeksli RX krossoverinin hibrid modifikasiyası olan Lexus RX 450hL variantı da təklif ediləcəkdir. Yeni modifikasiya haqqında olan yeganə məlumatın onun dizayn cəhətdən adi krossoverdən seçilməməsidir. Lexus USA şirkətinin direktoru Ceff Brekenin sözlərinə görə, şirkət RX modelinin dizaynının hazırlanmasına “çoxlu qüvvə sərf edib” və onun dizaynına hər hansı bir dəyişikliyin edilməsi insafsızlıq olardı. Yeni modifikasiyanın indeksindən göründüyü kimi, yeddi yerli krossover standart modellə eni mühərrik çeşidini bölüşəcəkdir.
Azərbaycan bazarında Lexus RX modeli üç modifikasiyada: RX200t, RX350 və RX450h variantlarında təklif edilir.