Lexus şirkətinin daxil olduğu Toyota Motor konserninin nümayəndələri premium brendin bayraqdar modeli olan LS sedanının yeni nəslinin nə zaman nəqdim ediləcəyi barədə məlumat vermişdirlər. Mercedes-Benz S-Class, BMW 7-Series vı Audi A8 modelləri ilə rəqabət aparacaq yeni bayraqdar gələn il təqdim ediləcəkidir.
Yeni Lexus LS haqqında bizə nə məlumdur? İlk növbədə yeni bayraqdar sedan GA-L adlanan platformada hazıranacaqdır. Böyük ehtimalla Lexus LS sedanının eksteryerinin dizaynı LF-FC Concept konseptual avtomobilində nümayiş etdirilmiş üslubda olacaqdır. Xatırladaq ki, Lexus LF-FC Concept avtomobili Tokyoda keçirilmiş avtosalonda nümayiş etdirilmişdir.
Yeni Lexus LS modeli haqqında bildiyimiz məlumatlar avtomobilin standart olaraq 400 at qüvvəli altısılındirli mühərrik və 10-pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunacağıdır. Sedanın qabarit uzunluğu 5225 millimetrə bərabər olmalıdır. Daha bir məlumata görə, LS modeli yan güzgülərin əvəzinə rəqəmsal kameralarla təchiz ediləcəkdir.