Lexus şirkəti avtomobil aksessuarları istehsalçısı olan Jaos firması ilə birlikdə LX 600 ofrouderi üçün Offroad adlı tüninq dəstini hazırlayıb. İstehsalçı ofrouderin ekstremal versiyasını 14 yanvar tarixində Tokyoda işinə başlayacaq avtosalonda nümayiş etdirəcəyini bildirib. Yaponların “ekstremal” sözünü işlətməsinə baxmayaraq, təkmilləşdirmələrin əksər hissəsı avtomobilin eksteryeri ilə bağlıdır. Üstəlik, Offroad dəstinin nə zaman əlçatan olacağı da bildirilməyib.
Tüninq dəstinin daha bir seçilən elementi ralli reydlər üçün hazırlanmış qızılı rəngə boyanmış 20-düymlük Enkei diskləridir. Yüngül və möhkəm disklər Toyo Open Country A/T palçıq şinləri ilə təchiz ediliblər.
Bu əməkdaşlıq çərçivəsində ofrouder üçün əksər detalları karbonplastikdən hazırlanış yeni kuzov dəsti yaradılıb. Belə ki, LX 600 bamperlərin müdafiə örtmələrini və karbondan təkər tağlarının genişləndiricilərini alıb. Bundan başqa, “ekstremal” versiyanı qara parlaq gövdəli yan güzgülər və qapı tutacaqları, habelə yeni palçıqlıqlar ilə təchiz ediblər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.