Lexus LX ofrouderi tarixində ilk dəfə olaraq, hibrid versiyada təklif ediləcək. Belə versiya LX 700h işarələnməsini və 3,5-litrlik V6 biturbo mühərrikinə əsaslanan yeni hibrid güc qurğusunu alıb.
Toyota Tundra kimi, ofrouder mufta paketi və MGU vasitəsilə daxili yanma mühərrikinə qoşulan 10-pilləli avtomatik ötürmələr qutusuna malikdir. Sistem "yalnız mühərrik" və "yalnız elektrik mühərriki" rejimləri arasında keçid edə bilir, hibrid üst qurumun sıradan çıxması halında isə, yerlərini qorumuş startyor və generatordan istifadə etmək mümkündür.
Döşəmənin arxa tərəfində yerləşən batareya sızma sensoru ilə təchiz olunmuş iki səviyyəli hermetik altlığa yerləşdirilib. Bunun sayəsində LX 700h ofrouderi 700 millimetrə qədər dərinliyi olan çay keçidlərini qət edə bilir.
Batareyadan gücü 1,5-2,4 kilovata (bölgədən asılı olaraq) qədər olan cihazları qidalandırmaq mümkündür: bu məqsədlə mərkəzi konsolun altında DC çeviricisi, ucunda isə, rozetkalar quraşdırılır. Yeni güc qurğusunu quraşdırmaq üçün çərçivə gücləndirilib, ehtiyat təkərinin bərkitmə kronşteyni və mühərrikin arxa dayaqları dəyişdirilib.
Hibrid sistem startda rəvan sürətlənməni və yaxşı reaksiyanı təmin edir, həmçinin yolsuzluqda köməyə gəlir. Burada ilk dəfə olaraq, elektrik mühərrikindən ötürmə qutusunun azaldıcısı cərgəsini qoşarkən istifadə etmək mümkündür.
Bu, dartma qüvvəsinin ən dəqiq dozalandırılmasını tələb edən ssenarilər - məsələn, qayalar, torpaq yollar və dərin qarda hərəkət zamanı, - üçün faydalı olacaq. Bununla belə, “palçıq qarışdırmaq” həvəskarları üçün Lexus şirkətinin xüsusi təklifi var - bütün differensialların kilidləri və eksklüziv Moon Desert kuzov rəngi olan yeni LX Overtrail versiyası.
LX 700h ofrouderinin debütü ilə yanaşı, bütün ailə üçün nəzərdə tutulmuş bir sıra təkmilləşdirmələr də elan edilib. Ofrouderlər kuzovun ümumi sərtliyini artıran radiatorun çarpaz dayaq çubuğu , yeni vibroizaləedici dayaqları və təkmilləşdirilmiş AVS elektron amortizatorlarını alıblar.
Eyni zamanda, ofrouderin təchizatına yeni 12,3-düymlük cihazlar paneli, masaj funksiyası olan ön oturacaqlar və daha güclü simsiz enerji doldurma sistemi daxil edilib. Hibridlərin transmissiyasının özünəməxsus selektoru var - asfaltdan kənarda hərəkət üçün uyğunlaşdırılmış dəstəyi olan Electro-Shiftmatic.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.