Toyota şirkəti Lexus RZ 450e modelinin rəsmi şəkillərini dərc edib. RZ elektrik krossoverinin əsasını Toyota bZ4X və Subaru Solterra modellərinin inşa edildiyi e-TNGA arxitekturası təşkil edir. Lexus krossoveri eyni platformanı bölüşdüyü elektrik krossoverlərindən dizaynı ilə seçilir: model L-şəkilli gündüz hərəkət işıqlarını qoruyaraq saxlayıb, radiator barmaqlığının yerinə isə, miləoxşar formalı bağlı panel quraşdırılıb. Yeni elektrokarın əsas rəqibi Mercedes-Benz EQC krossoveri olacaqdır.
Bundan əvvəl dərc edilmiş tizerlərdən də göründüyü kimi, RZ 450e modelinin onu qeyri-premial Toyota bZ4X və Subaru Solterra krossoverlərindən fərqləndirəcək unikal cizgiləri alacağı məlum idi. Lexus elektrokarının arxa kuzov dayaqları başqa formadadılar, damında isə iki qeyri-adi “üzgəc” quraşdırılıb. Arxa hissədə kuzovun eni boyu uzanan işıq texnikası diqqəti cəlb edir. Bununla belə, hər üç avtomobilin elektrik yükləmə portu eyni yerdədir.
Lexus RZ 450e modelinin interyer şəkilləri və güc qurğusu barədə rəsmi məlumat dərc edilməyib. Artıq bildiyimiz kimi, bZ4X və Solterra modelləri iki versiyada, bir və iki mühərrikli güc qurğusu ilə təklif edilirlər. Hər iki krossover 71,4 kilovat-saatlıq batareya ilə təchiz olunurlar və 460 kilometrlik (WLTP) yürüş ehtiyatına malikdirlər. Əvvəllər RZ modelinin Toyota və Subaru modelləri unifikasiya edildiyi bildirilsə də, 450e indeksi Lexus krossoverinin daha güclü qurğunu alacağına işarə edir. Çox güman ki, Lexus RZ standart olaraq tam ötürməli olacaq və dartma qüvvəsini paylayan firma Direct4 sistemi ilə təchiz ediləcəkdir.
Lexus RZ 450e modelinin təqdimat mərasimi 2022-ci ildə baş tutmalıdır. Yeni elektrik krossoveri Mercedes-Benz EQC modeli yanaşı, Tesla Model Y, Audi Q4 e-tron və Genesis GV60 modelləri ilə də rəqabət aparmalı olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.