Tokioda keçirilən Japan Mobility Show sərgisi çərçivəsində LF-ZC adlanan yeni Lexus konseptinin təqdimatı keçirilib. Bu, dolu batareya ilə 1000 kilometrə qədər məsafə qət edə bilən elektromobildir. Yeni konsept nəinki “yaşıl” Lexus modellərinin dizaynının inkişaf istiqamətini nümayiş etdirir, eyni zamanda, təxminən üç ildən sonra seriyaya getmək şansına malikdir.

Lexus LF-ZC qısa arxa kuzov çıxışı, kiçik klirensi və aşağı aerodinamik müqavimət əmsalı (0,2) olan 4,75 metrlik hetçbekdir. Kuzov bir-birinə qaynaqlanan üç bütövdöyməli elementdən ibarətdir, əsası kimi isə, yastı dartma batareyası olan prinsipcə yeni arxitektura çıxış edir. Hələlik Lexus yalnız elektromobilin tam ötürməli olduğunu və naqillərlə idarə olunduğunu bildirib – yəni, sükan idarəetməsi fiziki olaraq təkərlərə qoşulmayıb.

LF-ZC konseptinin salonunda rəqəmsal cihazlar paneli, sükanın hər iki tərəfində isə iki əlavə displey var. Sol tərəfdəki displeydə güc qurğusu barədə məlumat göstərilir və onun vasitəsi ilə elektronikanı da idarə etmək mümkündür. Sağ tərəfdəki ekran isə, iqlimə nəzarət sisteminin tənzimləmək və səs köməkçisi ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. 

Burada həmçinin multimedia sisteminin ön sərnişinə doğru sürüşdürülmüş düzbucaqlı taçskrini və böyük proyeksiya ekranı da var. Lexus şirkəti LF-ZC konseptində ən son Arene əməliyyat sistemi debüt etdiyini də bildirib, lakin təchizat haqqında əlavə məlumat verməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

LF-ZC konseptindən başqa, Lexus daha çox krossoverə bənzəyən 5,3 metr uzunluğunda daha böyük LF-ZL konseptini də hazırlayıb. LF-ZC konseptindən fərqli olaraq, krossoverin istehsala getməsi ehtimalı azdır - o yalnız yapon brendinin gələcək flaqmanına olan baxışıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.