2021 model ilinin Lexus NX 300h hibrid krossoveri ilk dəfə olaraq F Sport modifikasiyasına və Black Line Special Edition adlı "qara" versiyaya sahib olub.

Lexus NX krossoveri altı ildir ki istehsaldadır və bu müddət ərzində yalnız bir dəfə cüzi yenilənməyə məruz qalıb. Hibrid krossoverə olan marağı artırmaq üçün, 2021-ci model ilinin Lexus NX 300h modelini F Sport modifikasiyasında təklif etməyə başlayıblar.

Ənənəvi olaraq, belə modifikasiyalar daha aqressiv eksteryeri və asqının idman tənzimləmələri ilə  fərqlənilər. Əvvəllər F Sport  tərtibatı yalnız adi NX krossoverlərinin imtiyazı idi. Hibridlər isə yalnız standart spesifikasiyada təklif olunurdular. Artıq bu haqsızlıq aradan qaldırılıb. Bundan əlavə, son dəbə uyğun olaraq, Lexus şirkəti NX krossoverinin "qara" versiyasını da təqdim edib.

Black Line Special Edition adlandırılmış tərtibat dəsti tündləşdirilmiş xrom eksteryer bəzəkləri , F Sport kataloğundakı incə hörgüyə malik olan qara  radiator barmaqlığı və geniş çeşiddə opsiyalar ilə fərqlənir. Bu ospiyalara misal kimi tam ötürmə sistemini, qızdırılan və havalandırılan oturacaqları, ayaq hərəkəti ilə açılan baqaj qapağını və interyerin kuzov rəngində olan tikişlərini göstərmək olar. 

Image alt Image alt Image alt Image alt Image alt

Black Line Special Edition modifikasiyası üçün rəng palitrası üç yeni rəng ilə genişləndirilib: qara Obsidian Black, ağ Ultra White və mavi Grecian Water. Lexus NX 300h F Sport Black LineSpecial Edition modeli 1000 nüsxəlik tirafla buraxılacaqdır.