Təşkil etdiyi “sığır testləri” ilə məhur olan İspaniyanın km77 nəşrinin jurnalistləri növbəti avtomobili sınaqdan keçiriblər. Xatırlatmaq istərdik ki, “sığır testi” zamanı sürücü kəskin şəkildə yerdəyişmələri həyata keçirməlidir – sanki qəfil şəkildə qarşıya çıxan heyvanı vurmamaq üçün avtomobil qonşu zolağa keçməli, sonra isə öz zolağına qayıtmalıdır və bu zaman yolda düzülmüş konuslara toxunmamalıdır.
Bu dəfə ispanların sınaq obyekti kimi, 350h hibrid modifikasiyasında olan yeni nəsil Lexus NX krossoveri çıxış edib. Jurnalistlər ümumiyyətlə yeni modeli yaxşı qiymətləndiriblər, lakin istənilən qədər yüksək deyil. Resursun adından da göründüyü kimi, “keçid” sürəti 77 km/saat həddi hesab olunur, lakin premium yapon krossoveri tapşırığı göstərilən sürətlə konuslara toxunmadan yerinə yetirə bilməyib: 78 km/saatda avtomobil hətta şərti qarşı zolaqdakı konusları vuraraq yıxmağa başlayıb, sürücü isə, “sığırı” ötüb keçdikdən sonra, ümumiyyətlə öz zolağına qayıda bilməyib.
Lexus NX 350h modeli heç bir problem olmadan bu tapşırığın öhdəsindən yalnız 75 km/saat sürəti il. Bununla belə, ekspertlər avtomobilin stabilizasiya sisteminin işindən heç də razı qalmayıblar. Onlar sistemin idarəolunmaya sərt şəkildə qarışdığını və test seqmentinin son hissəsində avtomobilin sürətinin 25 km/saata qədər azaldığını xüsusi ilə qeyd ediblər.
Bundan əlavə, avtomobilin yüksək sürətlə manevr edərkən dönmə çatışmazlığı göstərməsi jurnalistlıərin xoşuna gəlməyib. Xatırladaq ki, Lexus NX 350h krossoverinin yeni nəsli 1,6 kilovat-saatlıq batareya və 244 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğunun tərkibinə 2,5-litrlik atmosfer mühərriki, variator və arxa oxda quraşdırılmış ayrıca elektrik mühərriki daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.