Lexus şirkəti Paris avtomobil sərgisinin çərçivəsində yeni materiallardan hazırlanmış kinetik oturacaq konsepsiyasını təqdim etmək niyyətindədir. Bu oturacaq avtosalonda təşkil edilmiş ayrıca stenddə nümayiş etdiriləcəkdir.

Oturacağı kürək hissəsi hörümçək toruna bənzər üslubda hazırlanmışdır.  Oturacağın quruluşunun əsas elementi sintetik hörümçək ipəyinin əsasında yaradılmış ekoloji cəhətdən zərərsiz materiallardan hazırlanmışdır. Yeni materialın əsas komponenti mikroorqanizmlərin qıcqırma prosesi zamanı əldə edilən zülaldır. Sonradan bu komponent  sentrifuqadan keçərək yeni materiala dönüşür. Lexus mütəxəssilərinin bildirdiyinə görə, “hörümçək toru” titrəyişləri yaxşı udur, davamlıdır, elastikdir və insan bədəninin formasına uyğunlaşaraq ağırlığı optimal şəkildə bölüşdürə bilir. Kreslonun kürək və oturacaq hissələri hərəkət edə bilir ki, bu da avtomobilin hərəkəti zamanı yaranan baş tərpənmələrini kompensasiya edir. Yeni texnologiya sürücü üçün sabit görüntü məkanını təmin etməyə imkan verir.

Bununla belə, yapon istehsalçısının nümayəndələri kreslonun seria istehsalı barədə bir söz söyləməmişdirlər.