2014-cü ilin payızında debüt edən Lexus RC kupesi yapon brendi üçün yeni seqmentin qapılarını açıb. İkiqapılı model böyük GS modelinin elementləri olan IS sedanının platformasında inşa edilmişdi. Kupe 2018-ci ildə genişmiqyaslı təkmilləşdirməyə və bir sıra xırda yenilənmələrə məruz qalsa da, yenə də bazarda uğur qazana bilməyib.

On il ərzində dünya üzrə cəmi 91 min avtomobil, o cümlədən 12 min "bərkgedən" RC F versiyası satılıb. Gözlənildiyi kimi, modelin ikinci nəsli planlaşdırılmır və şirkət hazırkı Lexus RC modelini layiqli şəkildə təqaüdə göndərmək qərarına gəlib. Yaponiyada debüt edən Final Edition adlı xüsusi versiya məhz bu məqsədə xidmət edir.

Final seriyasından olan kupelər adi versiyalardan yap güzgülərin qara korpusları, firma loqotipi olan qırmızı əyləc mexanizmləri və Enkei firmasının özünəməxsus 19-düymlük təkər diskləri ilə fərqlənir.

Avtomobillərin boyanması üçün doqquz kuzov rəngi təklif olunur. Final Edition versiyasının zamşa və mikrofiber ilə üzlənmiş interyeri qara və qırmızı tərtibata malikdir. İnteryer karbonplastikdən dekor və xüsusi versiyanın adı olan xüsusi lövhələr ilə bəzədilib.

Lexus RC F Final Edition top versiyası da əlavə qara dekorasiya və qırmızı əyləc mexanizmlərini alıb. Bundan əlavə, “bərkgedən” kupe karbonplastikdən aqressiv kuzov dəsti və eyni materialdan hazırlanmış dam paneli ilə çatdırılır.

Eksteryer rəng palitrası eksklüziv boz Sonic Iridium rəngi də daxil olmaqla yeddi boyadan ibarətdir. Görünüşü qara rəngli 19-düymlük BBS diskləri tamamlayır. Salondakı yeniliklər kiçik versiyalardakına bənzəyir, lakin cihazlar panelinin unikal salamlama animasiyası peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yaponiyada Lexus RC yalnız arxa ötümə ilə təklif olunur və modifikasiya çeşidinə dörd versiya daxildir: RC 300 (245 at qüvvəsi), RC 300h (223 at qüvvəsi), RC 350 (318 at qüvvəsi). və RC F (481 at qüvvəsi).

Final Edition bütün kvartet üçün əlçatandır, lakin yalnız ən güclü V8 mühərrikində xatirə lövhəsi peyda olub və o, bəzi təkmilləşdirilmiş parametrləri əldə edib. Modelin özükilidlənən differensialı da yenidən tənzimlənib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Final Edition kupelərini artıq Yaponiyada sifariş etmək mümkündür, RC300 Final Edition versiyasının qiyməti 6,66 milyon yendən (43,000 dollar) başlayır. Səkkizsilindrli top versiya RC F Final Edition versiyasının qiyməti 13,6 milyon yen (87 000 dollar) təşkil edir və onun tirajı 200 nüsxə ilə məhdudlaşıb.

Daha az gücü olan kupelərin buraxılması yalnız vaxt baxımından məhduddur: istehsalın noyabrda başa çatması planlaşdırılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.