Lexus şirkəti RX krossoverinin iki yeni versiyasını - RX300 və ya RX450h modifikasiyalarının bazasında inşa edilmiş Black Tourer və Elegant Tourer modellərinin satışına başlayıb.

Bu versiyalar adi krossoverlərdən eksteryer və interyerin tərtibatı ilə fərqlənirlər: Black Tourer versiyasında əsas üstünlük qara dekorativ elementlərə, Elegant Tourer variantında isə açıq çalarlara üstünlük verilib. Versiyaların qiyməti eynidir, RX300 modelinə əsaslanan versiya üçün 6.300.000 yen, RX450h modelinə əsaslanan versiya üçün isə 7.400.000 yen tələb olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lexus RX Black Tourer versiyası qara rəngə boyanmış radiator barmaqlığı, 20-düymlük təkər diskləri və yan güzgülərin gövdələri ilə seçilir. İnteryerdə açıq boz rəngli tikişləri olan Genki Grain tərtibatından istifadə edilib və dəri sükan quraşdırılıb. Oturacaqlar ağ-qara yarı anilin dəri ilə üzlənib, ön panelində təbii qoz ağacından hazırlanmış əlavələri var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elegant Tourer adına uyğun olaraq daha təmkinli tərtibata malikdir: belə versiya gümüşü rəngli radiator barmaqlığı və 20-düymlük təkər diskləri ilə fərqlənir. İnteryer açıq boz rəngli tikişləri olan Noble Brown rəngdə təbii və yarı anilin dəri ilə izlənə bilər.

Lexus RX modelinin hər iki yeni versiyası yalnız Yaponiya bazarı üçün nəzərdə tutulub.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.