Lexus şirkəti Toyota bZ4X elektrik krossoverinin premium və daha güclü analoqu olan yeni RZ modeli haqqında olan bütün təfərrüatları açıqlayıb. Lexus krossovero ikimühərrikli elektrik güc qurğusuna malikdir - öndə 204 at qüvvəli, arxada isə 109 at qüvvəli elektrik mühərriki yerləşir.
Mühərriklər 71,4 kilovat-saatlıq batareyadan qidalanırlar. Elektrokar yürüş ehtiyatı müasir standartlara görə çox azdır - 362 (Amerika EPA dövrü üzrə) kilometr. Bununla belə, Lexus tərəfindən bəyan edilən göstərici sertifikatlaşdırma orqanları tərəfindən təsdiqlənməlidir.
Yapon brendinin model çeşidind artıq bir elektrik krossoveri var - UX 300e, lakin onun RZ modelindən fərqli olaraq, daxili yanma mühərrikli analoqu var. Ona görə də, yeni modeli haqlı olaraq tamölçülü ilk Lexus elektromobili hesab etmək olar.
Lexus RZ modeli öndə McPherson dayağı, arxada isə ikiqatlı köndərlən qolları, habelə kuzovun güc strukturuna inteqrasiya olunmuş batareyası olan e-TNGA platformasına əsaslanır.
Avtomobilin uzunluğu 4,8 metrdən çoxdur, eni isə, demək olar ki, 1,9 metr, hündürlüyü - 1,63 metrdır. Təkər bazasının ölçüsü 2,85 metrdir. Beləliklə, Lexus RZ modeli Toyota bZ4X krossoverindən 100 millimetr uzun, 350 millimetr enli və 15 millimetr hündürdür.
Bundan əlavə, o, donorundan daha güclüdür: Toyota bZ4X modeli bir 204 at qüvvəli və ya iki 109 at qüvvəli elektrik mühərriki ilə təklif edilirsə, RZ modelində ön oxda 204 at qüvvəli, arxa oxda isə 109 at qüvvəli aqreqat quraşdırılıb. Elektromobil yerindən 100 km/saata 5,6 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 160 km/saatda məhdudlaşdırılıb.
Krossoverin, vericilər dəstindən alınan məlumatlar əsasında təkərlər arasında dartma qüvvəsini daim bölüşdürən Direct4 sistemi ilə təchiz edildiyi bildirilib. Lexus bu sistemi optimal sürətlənmə və idarəetməni təmin etdiyini xüsusi ilə vurğulayıb.
Lexus RZ üçün “məftillə” idarə edilən sükan mexanizmi (opsiya) və iki sükan variantı - ənənəvi sükan çarxı və ya şturval, multimedia sisteminin 14-düymlük ekranı, tündləşmə funksiyası olan panoram dam, proyeksiya displeyi, təhlükəsizlik sistemləri kompleksi və elektron köməkçilər nəzərdə tutulub.
Lexus RZ elektrik krossoverinin satışlarına bu ilin sonunda başlamaq planlaşdırılıb. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.