Yaponiyanın Mag-X nəşrinin bildirdiyinə görə, Lexus flaqman LS sedanının mühərrik çeşidinə səkkizsilindrli və dördsilindrli aqreqatlar daxil ediləcəkdir. Yapon istehsalçısı V8 mühərrikini elektrikləşdirməklə yanaşı, LS 600 h indeksini də bərpa edəcəkdir. Bundan başqa, sedanın baza modifikasiyasının təchiz ediləcəyi dördsilindrli turbomühərrikin modelin başlanğıc qiymətini azaldacağı da gözlənilir.

Yapon mətbuatı Lexus LS modelinin yeni versiyalarının xüsusiyyətləri barədə məlumat verməyib. Güman etmək olar ki, restaylinqdən sonra top təchizat səviyyəsinə malik olan sedan, hazırda LC yarış kupesində sınaqdan keçirilən yeni 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikini alacaqdır. Güc qurğusunun hasilatının 600 at qüvvəsinə çatacağı təxmin edilir.

Beşinci nəsil Lexus LS 2017-ci ildə debüt edib. Lexus şirkəti səkkizsilindrli mühərriklərdən imtina edərək, flaqman sedanını yeni 3,5-litrlik V6 mühərriki ilə təchiz edir. LS 500 versiyasında iki turbokompressorlu aqreqat 422 at qüvvəsi və 600 Nm, baza LS 350 modelində isə, eyni mühərrikin atmosfer variantı 316 at qüvvəsi və 380 Nm hasil edir.

Lexus LS flaqman sedanını RX 200 t krossoverindən tanış olan və 240 at qüvvəsinə malik olan 2,0-litrlik "turbodördlüyü" uyğunlaşdırıla bilər. LS modelinin daha əlçatan modifikasiyasının bazara çıxarmaq qərarı təqaüdə göndərilən GS biznes sedanı ilə bağlı ola bilər. Məlum olduğu kimi, Lexus GS modelinin istehsalına bu ilin avqustunda son veriləcəkdir. Çox güman ki, Lexus şirkəti boşalan aralığı məhz LS modelinin baza versiyası ilə doldurmaq istəyir. Yenilənmiş Lexus LS ailəsinin debüt tarixi hələ açıqlanmayıb.

Mənbə: Mag-X