Lexus ES sedanının yeniləməsi olduqca təvazökar şəkildə aparılıb: yeganə xarici dəyişiklik top versiya üçün hazırlanmış 18-düymlük təkər diskləridir. Yapon sedanının təchizatı isə, müasir elektronika paketinin tətbiqi sayəsində genişləndirilib.
Sonuncu artıq “bazada” ödənişlə əlçatandır və o, 12,3-düymlük sensorlu ekranı, proyeksiya displeyi, səs köməkçisi və “hava” üzərindən yeniləmə funksiyası olan multimedia sistemindən ibarətdir. Qiymətlər də artıb: ABŞ bazarında model konfiqurasiyadan asılı olaraq 700-1100 dollar bahalaşıb.
Cari nəsil Lexus ES sedanı artıq beş ildir ki, satışdadır. 2021-2022-ci illərdə model yenilənib, lakin heç bir əsaslı dəyişiklik baş verməyib. Keçən illərin iki restaylinq zamanı baş vermiş ən nəzərəçarpan yeniliklər - yüngül şəkildə dəyişdirilmiş interyer, adaptiv optikanın peyda olması və əyləc sisteminin təkmilləşdirilməsidir.
2024-cü il model ilinə keçidlə ES sedanının təchizatına yenidən baxılıb. Base versiyasından başlayaraq, əlavə ödəniş qarşılığında əlçatan olan genişləndirilmiş Technology Package dəstidir. Sözügedən Vapor Chrome tərtibatlı 18-düymlük təkər diskləri Ultra Luxury təchizatının avadanlıq siyahısına daxil edilib və ondan bir pillə aşağıda duran Luxury təchizatı üçün opsiyadır.
ABŞ bazarında model 207 at qüvvəli 2,5-litrlik baza mühərriki, 306 at qüvvəli 3,5-litrlik V6 və 2,5 mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təklif olunur. Yerli dilerlərdə yenilənmiş Lexus ES sedanı yay aylarında peyda olacaq və onun qiyməti 43 190 dollardan başlaayacaqdır. Yəni,yenilənmiş sedan əvvəlkindən 700 dollar baha olacaqdır.
Lexus ES sedanının əsas rəqibləri BMW 5 Series və Mercedes-Benz E-Class modelləridir, lakin onların hər ikisi satış sayı baxımından yapon sedanına nəzərəçarpacaq dərəcədə uduzurlar. Bununla belə, həm 5 Series, həm də E-Class bir müddət bundan əvvəl nəsil dəyişdiriblər, ES isə 2018-ci ildən indiki formada satışdadır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.