Lexus şirkəti 25 aprel tarixində işinə başlayacaq Pekin avtosalonunda nümayiş etdirəcəyi yenilənmiş İS modelinin ilk tizerini dərc etmişdir. Təqdim edilmiş tizerdə yenilənmiş avtomobilin ön fənəri təsvir edilmişdir. Yapon istehsalçısıı yalnız tizeri dərc etməklə kifayətləbniş və yenilənmələr barədə heç bir məlumat verməmişdir. Yaponların geniş miqyaslı dəyişikliklər edəcəyi yoxsa işıq texnikası ilə kifayətlənəcəklərini demək çətindir. Sonuncu dəfə restaylinqə məruz qalan GS modeli yeni ön fənərlərlə yanaşı yeni ön və arxa bamper, arxa fənərlər və kandarları əldə etmişdi.

Lexus İS modelinin cari nəsli 2013-cü ilin yanvar ayında Deytoyt avtomobil sərgisində nümayiş etdirilmişdir. Yeni avtomobil sələfi ilə müqayisədə daha mükəmməl ön asqı və GS modelinin arxa asqısının quruluşuna bənzəyən çoxqollu arxa asqı ilə təchiz edilmişdir.

Nə qədər qəribə səslənsə də, Lexus şirkətinin yerli nümayəndəsi İS modelini Azərbaycan bazarında təklif etmir. ABŞ bazarında İS sedanı 245 at qüvvəsi gücü olan 2,0-litrlik dörd silindirli turbomühərriklə, eyni zamanda 255 və 306 at qüvvəsi gücü olan 3,5-litrlik altı silindirli atmosfer mühərriki ilə təklif edir.