Lexus şirkətinin LX ofrouderindən bir sinif yuxarıda duracaq yeni ramalı ofrouder hazırlayacağı barədə şayiələr yayılıb. Buna səbəb, Toyota Motor North America bölməsinin rəhbəri Cek Hollisin sözləri olub. Automotive News nəşrinə müsahibə verən Hollins, ofrouderlərə olan tələbatın kəskin artması fonunda bu seqmentdən tamamilə çəkilmək ağılsızlıq olar.
Hollisin bəyanatı, Toyota şirkətinin ABŞ bazarında Land Cruiser modelinin satışına son vermək planlarından qaynaqlanır - cari model ili yapon ofrouderi üçün son il olacaqdır. Bu qərarın səbəbi avtomobilə olan tələbatın azalmasıdır: bu vaxta qədər amerikalılar ildə orta hesabla üç minə yaxın ofrouder alırdılar, 2020-ci ildə isə ölkədə 3.147 ədəd Land Cruiser modeli satılıb.
Eyni zamanda, Land Cruiser ilə eyni platformada inşa edilən Lexus LX modeli bazarda qalacaqdır. ABŞ bölməsinin rəhbəri, Lexus model xəttində Land Cruiser modelinə bənzəyən və ondan daha böyük olan model üçün yer olduğunu etiraf edib. Söhbət, Lexus model cərgəsində LX modelindən bir pillə yuxarıda qərarlaşacaq iri ölçülü ramalı ofrouderdən gedir. Lexus rəhbərliyi hazırda “bu ehtimalı araşdırır”.
Qeyri-rəsmi məlumatlara görə, yeni model keçən ilin yazında qeydiyyatdan keçirilmiş LQ adını ala bilər. O zaman, yeni modelin markanın flaqmanı olacağı, 420 ilə 600 at qüvvəsi arasındakı gücə malik olan mühərriklərlə təklif ediləcəyi bildirilmişdi. Modelin ilkin dəyəri də açəqlanmışdı - 80-100 min dollar.
Qeyri-rəsmi olaraq Land Cruiser 300 adlandırılan yeni nəsil Toyota Land Cruiser modelinə gəldikdə isə, ofrouderin debütü bu ilin yazda baş tutmalıdır. Lakin, Toyota şirkətindən bu barədə heç bir məlumat verilməyib.