Lexus RZ modeli bir il yarım bundan əvvəl tamötürməli RZ 450e modifikasiyasında debüt edib. 2023-cü ilin sonunda isə, onun sadələşdirilmiş modifikasiyası – təkmühərrikli və önötürməli RZ 300e versiyası işıq üzü görüb. Ancaq ucuz deyil, əksinə, daha bahalı və eksklüziv elektrik krossoveri axtaranlar üçün, yapon brendi Tokyoda keçirilən avtosalonunda RZ 450e Special Edition F Sport Performance adlı xüsusi nəşrini nümayiş etdirib. Keçən ilki konseptin üslubunda olan elektromobil effektiv kuzov dəstinə malikdir.

Lexus RZ modeli karbondan kapotu, karbonplastikdən əlavələri olan yeni bamperləri, aerodinamik vinqletləri olan təkər tağlarını, həmçinin inkişaf etdirilmiş spoylerləri və karbon dam alıb. Eksteryer tərtibatı parlaq-mavi haşiyələr və tutqun qara rəngli 21-düymlük Enkei diskləri ilə tamamlanır. İnteryerdə zamşa ilə tərtibat peyda olub. Üzlüklər seçilən qara və mavi tikişlərə malikdir, ön panel mavi dekorla bəzədilib, kandarlar və pedallarda F Sport Performance örtmələri peyda olub.
Bununla belə, Special Edition F Sport Performance versiyasının texniki hissəsində heç bir dəyişiklik yoxdur - bu, 450e modelinin digər modifikasiyaları kimi, 313 at qüvvəli ikimühərrikli güc aqreqatı və tam ötürmə sistemi olan krossoverdir. Lexus RZ 450e Special Edition F Sport Performance nəşrinin tirajı 100 nüsxə ilə məhdudlaşdırılacaq. Krossover Yaponiyadan kənarda satılmayacaq. Üstəlik, eksklüziv krossoveri almaq hüququnu keçiriləcək xüsusi lotereya müəyyən edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.