Lexus şirkəti yeni iki turbokompressorlu V8 mühərrikini hazırladığını bəyan edib. Yapon şirkəti yeni mühərriki “Nürburqrinqin 24 saatı” marafonunda iştirak edən Lexus LC yarış avtomobilində sınamaq niyyətindədir. Gələcəkdə yeni turbomotor markanın minik avtomobillərində və sportkarlarında quraşdlrlacaqdır.
Hələlik, Lexus şirkəti yeni turbomühərrik barədə məlumat verməyiblər. Bununla belə, şirkət daxilindəki mənbələr 4,0-litrlik həcmi olan səkkizsilindrli mühərrikdən söhbət getdiyini bildiriblər. Yeni turbomühərrik 600 at qüvvəsinə yaxın güc hasil etməlidir. Yeni mühərrikin hazırda Lexus modellərində quraşdırılan 5,0-litrlik atmosfer tipli V8 mühərrikini əvəz edəcəkdir. Xatırladaq ki, atmosfer mühərriki 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edir.
Böyük ehtimalla, yeni güc qurğusu ilkin olaraq F xəttindən olan “bərkgedən” modellərdə quraşdırılacaqdır. Yeni turbomühərrikin birinci daşıyıcısının Lexus LC-F kupesi olacağı istisna edilmir. Xatırladaq ki, iki ay bundan öncə Lexus markası ABŞ-da LX 600 əmtəə nişanını qeydiyyatdan keçirib. Bayraqdar ofrouderinin daha yüngül və qənaətcil turbomühərriklə təchiz edilməsi yapon markasına 2021-ci ildən qüvvəyə minən sərt ekoloji normalara cavab verməyə yardım edəcəkdir.
Yeni turbomühərrikin debütü gələn ilin 21 vay tarixində baş tutacaqdır.