Tokyoda işinə başlamış avtosalonda Lexus şirkəti iki yeniliyi nümayiş etdirib - konseptual NX PHEV Off-Road krossoveri və hidrogenlə çalışan ROV (Recreational Off-Highway Vehicle) baggisi. Sonuncu konsepti yapon markası keçən ilk nümayiş etdirərək texniki detalları açılamışdı. İndi isə, ofrouder avtosalonda canlı olaraq nümayiş etdirilib. Onunla birlikdə yolsuzluq üçün hazırlanmış krossover göstərilib.
Lexus NX PHEV Off-road konsepti NX 450h+ modifikasiyasının bazasıda inşa edilib. Konsept adi hibrid krossoverindən kuzovun Iron Oxide adlı xüsusi bürünc rəngi, BFGoodrich All-Terrain T/A yolsuzluq şinləri, damdakı baqajı və qara tutqun rəngli elementləri (17-düymlük təkər diskləri, radiator barmaqlığı və qapı tutcaqları) ilə seçilir. Avtomobilin emblemləri, pənəcərə haşiyələri və yan güzgülərin gövdələri də qara rəngdədirlər.
Konseptin güc qurğusu barədə məlumat verilməyib. Adi Lexus NX 450h+ modeli tərkibinə 2,5-litrlik atmosfer mühərriki, iki elektromotor və 18,1 kilovat-saatlıq litium-ion akkumulyatoru daxil olan hibrid güc qurğusu ilə hərəkətə gəlir. Hibrid qurğunun ümumi hasilatı 306 at qüvvəsidir. Krossover elektrik ötürməsi ilə 60 kilometr hərəkət edə bilir.
İkinci konsept, ROV baggisi yüngül panellərin asıldığı borudan hazırlanmış ramada inşa edilib. Baggi də birinci konseptlə eyni rəngə boyanıb, “dişli” şinlər və əlavə “çilçıraqla” təchiz edilib. Bagginin ön hissəsi Lexus markasının yeni üslubunda tərtib edilib: ön tərəfdə debütü 2022-ci ildə debt edəcək RZ 450e elektrokarını xatırladan L-şəkilli fənərlər var.
ROV baggisi sıxılmış hidrogenlə çalışan 1,0-litrlik üçsilindrli daxili yanma mühərriki ilə təchiz edilir. Mühərrikin səsboğucu sisteminin borusundan yalnız su buxarı çıxır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.