Lexus şirkəti Paris avtosalonunda nümayiş etdirmək niyyətində olduğu UX Concept konseptinin fururistik interyerinin ilk fotoşəklini dərc etmişdir. Bir müddət bundan əvvəl yapon istehsalçısı avtomobilin eksteryerinin də fotoşəklini yaymışdı.

Yapon şirkətinin nümayəndələrinin bildirdiyinə görə, Lexus UX Concept bu markanın gələcək korporativ dizayn üslubu barədə təsəvvür yaratmaq vəzifəsini daşıyır. Konseptin interyerinin sanki kosmik gəmilərin salonunu xatırladır. Həqiqətən də Lexus UX Concept prototipinin ön panelinin forması qəribə itibucaqlı elementlərin müasir və yüksək texnologiyalı həll yollarının vəhdətini təşkil edir. Misal üçün, ənənəvi cihazlar panelini ətrafında avtomobil haqqında məlumat hərlənən holoqrafik şar əvəz etmişdir.

Çox güman ki, bu monitorun vasitəsi ilə sürücü havalandırma və multimedia sistemini, həmçinin digər sistemləri əl hərəkətləri ilə idarə edə biləcəkdir. 

Bundan əlavə, Lexus UX Concept modelinin şüşələrinin elektromonoxrom təbəqəyə malik olduğu bildirilmişdir. Bu o deməkdir ki, onlar öz optik xüsusiyyətlərini temperaturun, işıqlandırmanın və ya elektrik cərəyanın verilməsi səviyyəsinə uyğun olaraq dəyişə bilər.

Konsept həmçinin yan güzgüləri əvəz edəcək kameralarla da təchiz edilmişdir ki, bu kameralardan alınan görüntülər ön panelin kənarlarında yerləşən displeylərə ötürüləcəkdir.

Göründüyü kimi, avtomobilin interyerində demək olar ki, bir ədəd belə olsun fiziki düymə yoxdur. Çox güman ki, konsept bir müddət bundan əvvəl xəbərini yaydığımız kinetik oturacaqlarla təchiz edilmişdir.