Lexus yenilənmiş UX modelini təqdim edib. Subkompakt krossoverin kuzovu gücləndirilib, köməkçi elektronikası yenidən sazlanıb, multimedia sistemi isə yenilənib. F Sport versiyası, digər yeniliklərlə yanaşı, arxa oxdakı köndələn Yamaha dempferinə, həmçinin ön sütunlar arasında quraşdırılmış yeni tirə sahib olub. Təkmilləşdirilmiş Lexus UX modelinin satışlarına bu yay başlanacaqdır.
Lexus UX subkompakt krossoveri 2018-ci ilin qışında satışa çıxıb. Odur ki, tamölçülü restyalinqin vaxt hələ gəlib çatmayıb - dəyişikliklər daha çox təkamül xarakteri daşıyır.
Onlar hərəkət xarakteristikalarını yaxşılaşdırmaq və avtomobillə qarşılıqlı əlaqəni daha intuitiv etmək üçün nəzərdə tutulub. Bunun üçün kuzovdakı qaynaq nöqtələrinin sayını artırmaq, sükan idarəetməsini yenidən tənzimləmək və UX modelini yeni mediasistem ilə təchiz etmək gərək olub.
Qapı və baqaj girişlərinin ətrafında peyda olmuş iyirmi yeni qaynaq nöqtəsi kuzovun struktur sərtliyini artırıb. Toyota Technical Center Shimoyama poliqonunda keçirilmiş uzunmüddətli sınaqlar sükan gücləndiricisini, asqını və bir sıra digər komponentləri yenidən tənzimləməyə kömək edib - məqsəd bu sistemlərin sürücünün hərəkətlərinə xəttvari və daha dəqiq reaksiya verlmələrini təmin etməkdir.
Krossover həm də yeni runflat şinləri əldə edib - dəyişdirilmiş protektor naxışı səs-küy səviyyəsini azaltmalıdır.
ğLexus UX F Sport versiyası indi standart olaraq elektronika tərəfindən idarəolunan AVS amortizatorlarını, habelə vəzifəsi kuzovun titrəyişlərini və kiçik vibrasiyaları söndürmək olan arxa Yamaha dempferini əldə edib.
Ön sütunların arasında yeni tir, salonda isə sol ayaq üçün dayaq və alüminiumdan hazırlanmış kandar lövhələri quraşdırılıb. Bütün UX modelinin mərkəzi konsoldakı düymələrin forması və yeri dəyişdirilib, üstəlik iki USB-C portu əlavə edilib.
Multimedia sisteminin sensorlu displeyi səkkiz və ya 12,3 düymlük ola bilər, üstəlik, ekran sürücüyə daha yaxın quraşdırılıb. Naviqasiya məlumatları indi buluddan endirilir və top mediakompleksi bort naviqasiyasını buludla birləşdirərək hibrid rejimdə işləyə bilər.
Baş qurğu Apple CarPlay, Android Auto, smartfondakı rəqəmsal düymələri dəstəkləyir və internet brauzeri ilə təchiz olunub. Yeniləmələr “hava” üzərində yüklənir, buna görə də mediasistemin funksionallığı zamanla genişlənəcəkdir.
Bundan əlavə, yenilənmiş UX krossoverindəki Lexus Safety System + təhlükəsizlik kompleksi də təkmilləşdirilib. Məsələn, toqquşmadan yayınma sisteminin kamerası və radarının işi təkmilləşdirilib, süni intellekt avtomobili zolaqda saxlamağa kömək edir.
Eyni zamanda, sürücü hər hansı bir səbəbdən xəbərdarlıqlara cavab vermədikdə, elektronika həyəcan siqnalını işə salacaq və avtomobili dayandıracaqdır. Nəhayət, aktiv kruiz-kontrol sistemi döngələrdə sürətə nəzarət funksiyasına malik olub - sistem döngənin əyrilik radiusuna uyğun olaraq krossoveri qabaqcadan yavaşlada bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.