Nyu Yorkda keçirilən moda həftəsində Lexus şirkəti və dizayner Con Elliott birlikdə hazırladıqları layihəni nümayiş etdiriblər. Bu layihənin əsas predmeti Lexus UX krossoveri üçün xüsusi olaraq hazırlanmış təkərlərdən ibarətdir. Təkərlər John Elliott x Nike AF1 idman ayaqqabılarından ilham alınaraq yaradılıb.
Soft of the UX layihəsinin məqsədi, idman ayaqqabılarının müəyyən üslub elementlərini şinlərə köçürülməsi və adaptasiyasıdır. Əsasən, söhbət “ağ üzərində ağ” rəng sxemindən, ikiqat tikişlərdən və metal dekordan gedir. Elliottun sözlərinə görə, o bu layihədə çöl geyimləri ideyasını və Air Force 1 dizaynını dəb aləmindən uzaq olan bir brendlə birləşdirib.
“Lexus şəhər üçün düşünülüb və yaradılıbdır, – marketinq üzrə vitse-prezident Liza Materazzo bildirib. – Biz bu konsepsiyanı irəli sürərək çol geyimlərinin əhəmiyyətini qeyd etmək istədik və stritvir-idman ayaqqabılarını yaratdıq”.