Hal-hazırda Lexus şirkətinin təklif etdiyi model xəttinə olan ən yığcam krossover UX modeli sayılır. Lakin, yaxın gələcəkdə UX bu adı itirə bilər. Çinin "Autohome" nəşrinin iddialarına görə, Lexus şirkəti ölçülərinə görə UX modelindən də kiçik olan BX krossoverini buraxmaq niyyətindədir. Yeni məhsul, eyni zamanda, yapon markasının model çeşidində ən ucuz model olacaq və texniki cəhətdən bu yaxınlarda təqdim olunan Toyota Yaris Cross modelini təkrarlayacaqdır. Lexus BX modelinin satışlarına 2023-cü ildə başlanmalıdır.
Çinin "Autohome" nəşri, subcompact Lexus BX modelinin, Yaris Cross modelindən daha iri olacağını, orijinal kuzovu və daha zəngin avadanlıqlar siyahısı ilə fərqlənəcəyini iddia edir. Lexus BX krossoveri TNGA modul platformasının ən yığcam versiyasına - GA-B platformasına əsaslanacaqdır. Xatırladaq ki, Lexus UX isə GA-C platformasında inşa edilir. Yeni Lexus krossoverinin uzunluğu 4,3 metrdən çox olmayacaqdır.
Toyota Yaris Cross
Mühərriklər çeşidində isə yeniliklər gözlənilmir: Lexus BX modeli tərkibinə 1,5-litrlik atmosfer benzin mühərriki, elektromotor və mexaniki pilləli variatoru daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Bundan başqa, modelin top versiyaları arxa oxda ayrıca motor-generatoru olan E-Four elektrik tam ötürmə sistemi ilə təklif edilə bilər.
Çinli jurnalistlər Lexus BX haqqında məlumat verən mənbəyi açıqlamayıblar, lakin Toyota şirkıətinin premium markasının model xəttinin genişləndirilməsi ilə bağlı şayiələr ilk dəfədir ki peyda olmur: yapon markasına "böyük alman üçlüyünə" daxil olan şirkətləri ilə bərabər şərtlərdə rəqabət aparmaq üçün müxtəlif ölçülü krossoverlər gərəkdir.