Lexus şirkəti LC Convertible modelinin Regatta Edition adlı xüsusi nəşrini təqdim edib. Kabriolet, mavi rəngli kuzovu və ağ rəngli salonu sayəsində dəniz səyahət mövzusuna müraciət edərək, dəbdəbəli yaxta limanının atmosferini yaratmağa çalışır.
Lexus LC Convertible Regatta Edition əsas xüsusiyyəti onun rəng sxemidir. Kabrioletin kuzovu Structural Blue rənginə boyanıb. 40 fərdi təbəqə və günəşdə bərq vuran mikroçiləmələri olan piqmentin yaradılması üzərində çalışmalar 15 il çəkib. İlk dəfə bu rəngi 2017-ci ildə LC kupesində nümayiş etdiriblər. Yumşaq dam örtüyündə isə Marine Blue rəngindən istifadə olunub.
Kabrioletin salonun əsas rəngi ağdır. Ağ dəridən oturacaqların, ön panelin alt hissəsinin, konsolun, dayaqların, sükanın və tavanın üzlənməsində istifadə olunur. Qapı və ön paneldəki tünd mavi işləmələr ağ rənglə kontrast təşkil edir.
Oturacaqlar həndəsi tikişi olan yarı anilin dəri ilə üzləniblər. Kabrioletin kiçik tirajla buraxıldığına işarə edən kandar lövhələri karbon lifindən hazırlanıblar. Göründüyü kimi, xüsusi seriyadan olan kabriolet Barrett-Cəkson hərracında 2 milyon dollara satılmış Lexus LC kabrioleti ilə eyni spesifikasiyaya malikdir.
Texniki cəhətdən dəyişikliklərin olduğu bildirilməyib. Bu da Lexus LC Convertible Regatta Edition modelinin kapotunun altında 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 atmosfer mühərrikinin quraşdırıldığından xəbər verir. Mühərrikin gücü 10-pilləli avtomatik transmissiya vasitəsi ilə arxa oxa ötürülür. Xüsusi seriyadan olan kabrioletlərin satışı gələn ilin payızına planlaşdırılıb.