Lexus şirkəti Şanxayda keçirilən avtosalonda yenilənmiş ES sedanını təqdim edib. 2022-ci model ilinin sedanı yenilənmiş eksteryerə, media sisteminin sensorlu ekranına və qabaqcıl təhlükəsizlik sistemləri dəstinə sahib olub. Bundan başqa, ES ailəsinə yeni versiya da əlavə edilib - hibrid ES 300h F Sport.
Zahiri cəhətdən, yenilənmiş ES sedanını radiator barmaqlığının mərkəzindəki Lexus emblemindən yayılan çoxsaylı L-şəkilli elementləri olan üçölçülü toru sayəsində ayırd etmək olar. LED gündüz hərəkət işıqları yeni naxışa, rəng palitrası isə iki yeni çalara sahib olub: Sonic Iridium və Sonic Chrome.
Lexus ES
Digər dəyişikliklər arasında - yeni dizaynı və “V” hərfini yaradan “qalınlaşmış milləri” olan təkər diskləri var. Yenilənmiş sedan standart olaraq 17-düymlük təkər diskləri ilə təchiz edilir. Bahalı versiyalar 18-düymlük, F Sport modifikasiyası isə qara rəngli 19-düymlük təkər diskləri ilə təklif olunurlar.
Lexus ES modelinin multimedia sistemi indi sensorlu ekrana malikdir. Sistemdən istifadəni asanlaşdrmaq üçün, ekran sürücüyə tərəf 10 santimetr yaxınlaşdırılıb. Sedanın baza versiyasında səkkiz düymlük, top versiyasında isə 12,3-düymlük ekran quraşdırılır. Bir neçə yeni tərtibat rəngləri istisna olmaqla, salonda başqa dəyişiklik olməyib.
Lexus ES 300h F-Sport
Mühərrik çeşidində ciddi dəyişiklik olmayıb. Lexus ES 200 baza modeli daha yüksək sıxılma əmsalı olan müasir 2,0-litrlik M20A-FKS mühərrikini alıb. Mühərrikin gücü (150 at qüvvəsi) dəyişməsə də, fırlanma anı 192 Nm-dən 206 Nm-ə qədər artırılıb. Altı pilləli "avtomatın" əvəzinə, indi mexaniki ilk pilləyə sahib olan Direct Shift variatoru quraşdırılıb. Qalan mühərriklər dəyişilməyib. Bununla belə, ES ailəsində yeni versiya peyda olub - idman paketi və hibrid güc quröusu olan ES 300h F Sport. Güc qurğusunun hasilatı rəsmi olaraq açıqlanmayıb, lakin hibrid qurğunun gücünün 218 at qüvvəsi olduğu güman edilir.
Lexus ES 300 F Sport modeli 650 tənzimləmə səviyyəsi olan adaptiv asqı, habelə Sport + və Custom hərəkət rejimlərini özündə birləşdirən Dynamic Handling Package dəsti ilə də təchiz edilə bilər.
Lexus ES
Lexus mühəndisləri ES modelinin asqı sistemini yenidən tənzimləyərək, idarəetməni yaxşılaşdırıblar. Bundan başqa, əsas əyləc silindrli və gücləndiricisi təkmilləşdirilib, əyləc pedalının ölçüsü isə artılıb: indi pedala basmaq və onun üzərində ayağı yerləşdirmək daha rahat olub.
Sedanın standart avadanlıqların siyahısına Lexus Safety System + 2.5 təhlükəsizlik sistemləri dəsti daxil edilib. Dəstin tərkibinə zəif işıqlandırmada belə piyada və velosipedçiləri aşkarlayan millimetrlik diapazonda işləyən radara və təkmilləşdirilmiş kameraya malik olan toqquşmanı xəbərdar edən sistem, zolaqda saxlama köməkçisi, avtomatik uzaq işıqlar və yol nişanlarının tanınması funksiyası daxildir.
ES sedanın kruiz-kontrol sistemi indi "rəvan ötmə" funksiyasına malikdir: onu aktivləşdirmək üçün dönmə siqnalını işə salmaq kifayətdir - avtomobil sürətlənəcək və sərbəst şəkildə ötməni həyata keçirləcəkdir. Bundan başqa, sistemi döngədən əvvəl yavaşlamağı da öyrədiblər.
Yeilənmiş Lexus ES sedanın satışlarına bu ilin payızında başlanmalıdır.